Kredit borcu olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…

Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Belə ki, 2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Rəsmi statistika göstərir ki, banklardan borclananların sayı sürətlə artır

Həmin şəxslər borclarını ödəmədiyi təqdirdə, hansı qanuni tədbirlər görülə bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan vəkil Turan Abdullazadə deyib ki, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur:

“Vətəndaş bankdan götürdüyü krediti ödəmədikdə, bank və ya kredit təşkilatı müəyyən hüquqi tədbirlər görə bilər. Kreditin ödənişi gecikdikdə, bank əvvəlcə borcluya yazılı və ya telefon vasitəsilə xəbərdarlıq edir. Müqavilədə nəzərdə tutulmuş gecikmə faizləri hesablanır və əsas borca əlavə olunur. Borc uzun müddət ödənilməzsə, bank notarial qaydada və ya məhkəmədənkənar qaydada borcluya rəsmi bildiriş göndərir. Kredit müqaviləsində təminat (zamin, girov və sair) varsa, həmin şəxslərə də bildiriş göndərilə bilər. Bildirişdən sonra borcun ödənilməsindən yayınılarsa, bank borcun qaytarılması üçün məhkəməyə müraciət edə bilər”.

Vəkil qeyd edib ki, məhkəmə qərarı əsasında borcun məcburi qaydada ödənilməsi həyata keçirilir:

“Məhkəmə qərarı qüvvəyə mindikdən sonra icra məmurları işə qoşulur. Borclunun əməkhaqqına, bank hesablarına və daşınar-daşınmaz əmlakına həbs qoyula, zamin varsa, öhdəlik ona da şamil edilə bilər. Borcunu ödəməyən şəxslər Mərkəzi Bankın Kredit Reyestrində və ya AzerCreditNet kimi kredit bürolarında “pis kredit tarixçəsi” ilə qeydə alınır. Bir növ “qara siyahı”ya salınır. Həmin şəxslər üçün gələcəkdə kredit almaq çətinləşir. Əgər kredit girovla təmin olunubsa (məsələn, ipoteka), məhkəmə və icra prosesi nəticəsində ipoteka qoyulmuş əmlak satıla bilər. Yalnız qəsdən dələduzluq (məsələn, saxta sənədlərlə kredit almaq) hallarında Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işinin başlanması mümkündür. Sadəcə borcu ödəyə bilməmək (maliyyə çətinliyi səbəbi ilə) cinayət məsuliyyəti yaratmır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

Aktrisa: 43 yaşında hamilə qalacağımı gözləmirdim

Aktrisa: 43 yaşında hamilə qalacağımı gözləmirdim

Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

Ukrayna müdafiə nazirinin istefa verməsinin SƏBƏBLƏRİ AÇIQLANDI

Ukrayna müdafiə nazirinin istefa verməsinin SƏBƏBLƏRİ AÇIQLANDI

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

Qızıl axtarmaq həvəsinə DÜŞƏNLƏR – Hansı cəzası var?

Qızıl axtarmaq həvəsinə DÜŞƏNLƏR – Hansı cəzası var?

Messi: “Heç kim bizə heç nə vermədi, hər şeyi futbol meydançasında qazandıq”

Messi: “Heç kim bizə heç nə vermədi, hər şeyi futbol meydançasında qazandıq”

Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”

Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”

Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

Rusiyanın Çelyabinsk vilayətində güclü leysan: 42 nəfər təxliyə edildi – VİDEO

Rusiyanın Çelyabinsk vilayətində güclü leysan: 42 nəfər təxliyə edildi – VİDEO

Tomas Tuxellə bağlı QƏRAR VERİLDİ

Tomas Tuxellə bağlı QƏRAR VERİLDİ

Ukraynanın yeni Baş naziri TƏYİN EDİLDİ

Ukraynanın yeni Baş naziri TƏYİN EDİLDİ

Cibləri heç vaxt boş qalmayan 5 bürc

Cibləri heç vaxt boş qalmayan 5 bürc

Nabranın dəyişməyən MƏNZƏRƏSİ - Çimərlik niyə örüşə çevrilib? – VİDEO

Nabranın dəyişməyən MƏNZƏRƏSİ - Çimərlik niyə örüşə çevrilib? – VİDEO

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi

Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi

End of content

No more pages to load

RADİO