"Opta" superkompüteri yarımfinal oyunlarından sonra dünya çempionatının qalibini proqnozlaşdırıb.
Bizim.Media xəbər verir ki, finalda dünya çempionu Argentina millisi ilə Avropa çempionu İspaniya millisi qarşılaşacaq.
İspanların qələbə qazanma ehtimalı 56,31%, argentinalıların şansı isə 43,69% qiymətləndirilir.
Xatırladaq ki, yarımfinalda İspaniya Fransadan üstün olub (2:0), Argentina isə İngiltərə üzərində iradəli qələbə qazanıb (2:1).
İspaniya və Argentina arasında final matçı iyulun 19-da keçiriləcək.
Bizim.Media