Paşinyanın mina xəritəsi ilə bağlı çıxışına görə beynəlxalq təşkilatlara müraciət edildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsi barədə bəyanat yayıb.

Bizim.Media-nın məıumatına görə, bəyanatda deyilir ki, azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər, demək olar ki, Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış, həmin ərazilərdə yüz minlərlə mina basdırılmışdır. Minalar isə onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər.

Onların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir.

Belə ki, münaqişə bitdikdən sonra müxtəlif növ minalar və digər partlayıcı qurğuların mövcudluğu səbəbindən 140-dan çox insan minaya düşmüş, 27 şəxs mina partlaması nəticəsində həlak olmuşdur.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritələrinin verilməsindən imtina etməsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq tərəfimdən dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırılmış, bununla bağlı beynəlxalq təşkilatlara öz narahatlığımı bildirmişəm.

Ermənistan isə hər dəfə onlarda bu xəritələrin olmaması və digər bəhanələrlə mina xəritələrini verməkdən imtina etmiş, beynəlxalq hüquq və humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq onlarla günahsız insanların həlak olmasına və ya sağlamlıqlarını itirməsinə səbəb olmuşdur.

Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində Azərbaycanda saxlanılan 15 nəfər erməni hərbi qulluqçunun Ermənistana təhvil verilməsi ilə bağlı humanitar aksiya həyata keçirilmişdir.

Azərbaycanın işğaıldan azad edilmiş yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılması faktı, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində öz seçiciləri ilə görüşdə Azərbaycana təqdim olunmuş mina xəritəsinin əllərində olan xəritələrin kiçik bir hissəsi olduğunu rəsmi olaraq bəyan etməsi bizim davamlı olaraq beynəlxalq təşkilatlara ifadə etdiyimiz narahatlığın nə dərəcədə əsaslı olduğunu bir daha göstərmiş oldu.

Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının I saylı Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.

Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə qətiyyətlə işğaldan azad edilmiş digər rayonların da mina xəritələrinin verilməsini tələb edir, bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

End of content

No more pages to load

RADİO