İrəvandan sülh prosesinə zərbə

Ötən gün İrəvanın mərkəzində Azərbaycan və Türkiyə bayraqlarına qarşı törədilən barbarlıq bir daha rəsmi Bakının sülh danışıqları ilə bağlı mövqeyinin əsaslı, haqlı olduğunu göstərir.

Bu hadisə Ermənistanda revanşist qüvvələrin təkcə mövcudluğunu deyil, eyni zamanda açıq və sərbəst fəaliyyət göstərməsinə şərait yaradıldığını bir daha sübut edir.

Bizim.Media xəbər verir ki, hadisənin ictimai məkanlarda sərbəst şəkildə törədilməsi Ermənistanda bu cür ekstremist davranışlara qarşı adekvat hüquqi və ictimai reaksiya olmadığını nümayiş etdirir.

Barbarlığa münasibət bildirən Ermənistanın baş nazirinin mətbuat katibi tərəfindən yayılan bəyanat, təəssüf ki, vəziyyətin ciddiyyətinə uyğun deyil. Bir müddət əvvəl də Ermənistanın ev sahibliyi etdiyi idman tədbirində erməni idmançı Aram Nikolyan tərəfindən Azərbaycan bayrağına qarşı vandallıq edilmişdi.

Ermənistan hökumətinin həmin şəxsi cəzalandırmaması belə halların təkrarlanmasına şərait yaratmış oldu.
 

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Aram Nikolyanın əməlləri ilə bağlı cinayət işi açıb. Hazırda Bakıda separatçı rejimin rəhbərlərinin məhkəmə prosesinin davam etməsi də göstərir ki, Azərbaycan qanunları qarşısında heç kim məsuliyyətdən yayına bilməyəcək. Ədalət gec də olsa, yerini tapır.


Sülh prosesinin məntiqi sonluğa çatması üçün Azərbaycanın irəli sürdüyü iki əsas tələb hələ də gündəmdədir:

• ATƏT-in Minsk Qrupunun tamamilə ləğvi;

• Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların çıxarılması.

Son hadisə bu tələblərin haqlı olduğunu bir daha sübut etməklə yanaşı, Azərbaycanın prosesə yeni bir tələb əlavə etməsinə də zəmin yaradır:

• Azərbaycan və Türkiyə bayraqlarına qarşı vandallıq aktını törədənlərin hüquqi məsuliyyətə cəlb olunması və cinayətkarların cəzalandırılması.
 

Bu tələb beynəlxalq hüquqa və Ermənistan qanunvericiliyinə tam uyğundur. Belə ki, Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 331-ci maddəsinə əsasən, dövlət rəmzlərinə, istər yerli, istərsə də xarici ölkələrin rəmzlərinə qarşı yönəlmiş hörmətsizlik cərimə və ya 1 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hüquqi baza mövcuddur, indi isə əsas məsələ onun tətbiqidir.


Dövlət rəmzləri hər bir ölkənin suverenliyinin və milli kimliyinin simvoludur. Onlara qarşı istənilən təhqiramiz hərəkət yalnız diplomatik münasibətləri deyil, eyni zamanda danışıqlar prosesini, tərəflər arasında yaranmış etimadı da təhlükə altına ata bilər.

Belə emosional fon tərəfləri əldə olunmuş razılaşmalardan uzaqlaşdıra və yeni gərginlik mərhələsinə gətirib çıxara bilər. Bu isə şübhəsiz ki, Ermənistan üçün arzuolunmaz ssenaridir.

Sülh, yalnız hüquq qarşısında məsuliyyət və siyasi iradə ilə mümkündür. (Mənbə: AzVision.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

End of content

No more pages to load

RADİO