İnsan ömrünü qısaldan QİDALAR - ARAŞDIRMA

Miçiqan Universitetinin alimləri araşdırma aparıblar ki, gündəlik istehlak etdiyimiz bəzi qidalar ömrü qısaldıb və ya uzada bilir. Onlar 5800 qida və içkini sağlamlığa təsirlərinə görə sıralayıblar.

Bizim.Media xəbər verir ki, qiymətləndirmə zamanı qida əlavələri, yağlar, kalorilər və şəkərin miqdarı kimi amillər nəzərə alınıb.

Əldə edilən məlumatlar standart hissələrə çevrilib ki, bu da sağlam qida indeksini yaratmağa imkan verib. Tədqiqatın nəticələri bəzi məşhur məhsulların istehlakının xüsusilə zərərli olduğunu vurğulayıb.
 

Məsələn, kola kimi şəkərli sərinləşdirici içkilər ömrünüzü 12 dəqiqə, hamburger isə ömrünüzü təxminən 9 dəqiqə qısalda bilər. Kolbasa ən zərərli məhsul hesab edilir, tərkibində konservantlar, nitratlar, natrium və trans yağlar olduğu üçün "sağlam" ömür müddətini 36 dəqiqə azaldır. Hisə verilmiş ət də təhlükə yaradır və ömrü 24 dəqiqə qısaldır. Qızarmış toyuq qanadları ömrü 3,5 dəqiqə, bir porsiya pendir isə bir dəqiqədən çox qısaldır.


Bununla belə, tədqiqatçılar müsbət nəticələri də açıqlayıblar. Bəlli olub ki, bəzi məhsullar, əksinə, insan ömrünü uzadır.

Beləliklə, banan qəbulu ilə 13,5 dəqiqə, bişmiş qızılbalıq porsiyası ilə 16 dəqiqə və 30 qram qoz-fındıq ləpəsi ilə isə ömrünüzə daha 16 dəqiqə əlavə edə bilərsiniz.

Araşdırmaya görə, gündəlik kalorinizin 10%-ni ət və emal olunmuş ət məhsullarından meyvə, tərəvəz, paxlalılar və qoz-fındıqla əvəz etmək həyatınıza təxminən 48 dəqiqə əlavə edə bilər.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, qidalanmada tarazlığı qorumaq vacibdir, çünki süd məhsulları və pendir zərərli qidalar siyahısına əlavə edilsə də düzgün porsiyada istifadəsi zamanı balanslaşdırılmış və sağlam pəhrizin bir hissəsi ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

İsmayıllıda güclü yanğın – VİDEO

İsmayıllıda güclü yanğın – VİDEO

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

Şuşadan sonra dəyişən baxış bucağı

Şuşadan sonra dəyişən baxış bucağı

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO/VİDEO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO/VİDEO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Dövlət qulluğu imtahanında uğur qazananların NƏZƏRİNƏ!

Dövlət qulluğu imtahanında uğur qazananların NƏZƏRİNƏ!

End of content

No more pages to load

RADİO