18 nəfərdən uşağının xəstəliyi adı ilə pul alıb – Hakimi saymayan SƏFİXANOVA KİMDİR?

Sumqayıtda qadın 18 nəfərə qarşı dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Lakin məhkəməyə gəlmir.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, 18 nəfərin şikayətçi olduğu qadın Zərinə Səfixanovadır.
 

O, bir müddət rus dili müəllimi, sonra da özəl bağçalardan birinin direktoru kimi fəaliyyət göstərib. Bağçanı bağlasa da, son zamanlar onun yenidən eyni sahədə çalışmağa başladığı bildirilir.


Zərinə Səfixanova etibarını qazandığı, münasibət yaratdığı şəxslərdən uşağının xəstə olması adı ilə pul alıb. Uşağının ilk əməliyyatının Ege Hospitalda, 2-ci əməliyyatının isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu deyən Z.Səfixanovanın yalanının üstü açılıb. Aldadılan şəxslər başa düşüb ki, onun övladı yoxdur.

Səfixanova sonradan zərərçəkmiş şəxslərin telefonlarına cavab verməyib və onların pulunu qaytarmayıb.

Çoxsaylı şikayətlərdən sonra Zərinə Səfixanova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həbs edilməyən Z.Səfixanova məhkəmənin çağırışlarına məhəl qoymur.

Onun cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə araşdırılır. Artıq 8 məhkəmə iclası keçirilib və təqsirləndirilən şəxs üçüncü dəfədir məhkəmənin çağırışlarına məhəl qoymur.
 

Hakim isə onun məhkəməyə gətirilməsinə nail olmaq istəmir və hətta məcburi gətirilmə qərarının çıxarılmasına da tərəddüd edir. Hakimin katibi zərərçəkmiş şəxslərin məhkəməyə gəlməsinin vacib olduğunu deyərək bir-bir onlara zəng edir. Zərərçəkmişlər məhkəməyə getsə də, Z.Səfixanova məhkəməyə gəlmir.


Maraqlıdır ki, sonuncu iclasda hakim Zərinə Səfixanovanın 29 həftəlik hamilə olduğunu deyərək onun barəsində məcburi gətirilmə qərarının çıxarıla bilməyəcəyini deyib. Lakin təqsirləndirilən şəxsin hamilə olması ilə bağlı rəsmi sənəd yoxdur və şifahi olaraq məhkəməyə verilən məlumatdır. Həm də 29 həftəlik hamiləlikdə məhkəməyə gəlmək olmur?

Məhkəmə yenidən təxirə salınıb və zərərçəkmiş şəxslər əliboş evə qayıtmalı olub.

Zərərçəkmiş şəxslər maddi zərərlə yanaşı, məhkəməyə mənəvi zərərlə bağlı iddialarını da təqdim ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

End of content

No more pages to load

RADİO