DSMF-nin əməkdaşına müqavimət göstərən şəxs məhkəmə zalında həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə və xuliqanlıqda təqsirləndirilən Vüqar Tahirovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 09 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydə alınıb. Belə ki, dövlət sosial yardımı almış Vüqar Tahirov yaşadığı evdə olan zaman ünvanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun böyük mütəxəssisi zərərçəkmiş S.Səfərov (şərti) və qurumun aparıcı mütəxəssisi ünvanlı dövlət sosial yardımı təyinat və imtina olunmuş işlərin monitorinqini həyata keçirmək məqsədilə ora gəlib.
 

Onlar öz xidməti vəzifələrini yerinə yetirərək maddi-məişət şəraitini yoxlamaq üçün xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib. Həmin şəxslər yoxlanışı həyata keçirmək üçün icazə aldıqdan sonra video görüntü formatında yoxlanış keçirdikləri zaman ondan fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-2107” markalı avtomobilin Vüqara məxsus olub-olmaması barədə soruşub.


Təqsirləndirilən şəxs də sorğu-sualdan hiddətlənərək icarə əsasında istifadə etməsinə baxmayaraq, yalandan qeyd edilən avtomobilin ona aid olmadığını bildirib hər iki şəxsə nalayiq ifadələr işlədib. Həmçinin Vüqar S.Səfərovu əli ilə qəsdən vuraraq alt çənənin qançırından ibarət sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirib.

Bundan başqa, Vüqar 8 avqust 2024-cü il tarixdə, saat 20 radələrində Goranboy şəhərində yerləşən avtomobil yuma məntəqəsində yuyucu işləyən zərərçəkmiş İdrak Bəkirovu (ad. soyadı şərtidir) döyüb.

Hadisələrdən sonra Vüqar Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Goranboy Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

End of content

No more pages to load

RADİO