Əhali bu bankdan əmanətlərini geri çəkir

"Bank Avrasiya" ASC 2025-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bankın cəmi öhdəliklər və kapitalı azalaraq ötən ilin sonunda 200 milyon 977 min manatdan 196 milyon 400 min manata düşüb. Bankın əməliyyat mənfəəti ötən ilin birinci rübündəki 1,485.77 min manatdan 1,389.03 min manata enib.

Bizim.Media xəbər verir ki, maliyyə qurumunun kredit portfelinin həcmi azalıb. Belə ki, bankın kredit portfeli ilin əvvəlindəki 136 164.09 min manatdan aprel ayının 1-nə 131 627.41 min manata qədər geriləyib. Azalma əsasən biznes və daşınmaz əmlak kreditlərində baş verib.

"Bank Avrasiya" ASC-nin biznes kreditləri üzrə portfeli yanvarın 1-nə olan 62,479.99 min manatdan aprelin 1-nə 59,196.53 min manata düşüb.

Bankdakı vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə yüksəlib. Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə bu faiz nisbəti 13,63% (18 milyon 556 min manat) təşkil edirdi. Aprelin 1-nə olan rəqəmlərə görə, bankın ümumi kredit portfelində 20 milyon 177.16 manat kreditin vaxtı keçib. 20 milyon 177 min manat kreditin 3 milyon 336 min 73 manatı qeyri-qənaətbəxş, 1 milyon 918 min manatı təhlükəli, 15 milyon 673 min manatı ümidsizdir.

Bankın iqtisadiyyata ayırdığı vəsaitləri geri ala bilməməsi maliyyə vəziyyətini ağırlaşdırıb.

Balansdan silinmiş ümidsiz kreditlərin manatla əsas məbləği 7 milyon 293 min manat, xarici valyutada 3 milyon 307 min manat olub.
 

Bankın aktivlər üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 13 milyon 327 min manata çatıb. Zərər kimi tanınan ehtiyat xərclərinin artımı əslində bankın aktivlərinin sağlamlaşdırılması tədbirlərinin zəif effekt verməsini, eyni zamanda problemli aktivlərin artıdığını göstərir.


Bu ilin yanvar-mart aylarında "Bank Avrasiya"nın öhdəlikləri 6 milyon 427 min manat azalaraq 109 milyon 905 min manata düşüb. Bankın depozit portfeli kiçilib. Ötən ilin sonunda 63,14 milyon manatdan bu ilin mart ayının sonuna 57 milyon 380 min manata enib. Azalma həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 2,238.67 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 3,395.91 min manat azalma baş verib.

Bankın əhalidən vəsaitlərin cəlbində yaşadığı problem müştərilərə ayrılan borc vəsaitlərinin azalmasını şərtləndirib. Digər tərəfdən bank kreditləri ilə yanaşı, bankın qiymətli kağızlara yatırdığı vəsait eləcə də maliyyə sektoru üzrə tələbləri məhdudlaşıb.

Bankın subordinasiya borc öhdəlikləri ötən ilin sonundakı 903.71 min manatdan bu ilin birinci rübündə 1,473.6 min manata yüksəlib.

Qeyd edək ki, ötən ilin noyabrında bankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın nizamnamə kapitalının 37,5 faiz hissəsinə malik "YevroStandart" MMC-nin payı "Top Properties" MMC-yə satılıb.

Eyni zamanda, bankın digər səhmdarı - "PMD Group" MMC-nin nizamnamə kapitalındakı 37,5 faiz iştirak payının 12 faizi "Top Properties" MMC-yə, 24,5 faizi artıq 25 hissəyə sahib olan "Azbizneskom" MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb.

Bununla da bankın nizamnamə kapitalının 49,5 faizinə "Top Properties" MMC, 49,5 faizinə "Azbizneskom" MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.

Xatırladaq ki, "Bank Avrasiya" ASC 2007-ci ildən fəaliyyət göstərir. (Teleqraf)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

End of content

No more pages to load

RADİO