Ölkədə istehlak kreditləri üzrə faizlər yüksəkdir: Hansı fəsadları var?

Azərbaycanda istehlak kreditləri əhalinin müxtəlif ehtiyaclarını qarşılamaq üçün mühüm maliyyə vasitəsi kimi istifadə olunur. Lakin son dövrlərdə vətəndaşlar istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasından şikayət edirlər. Bunu statistik rəqəmlərdən də görmək mümkündür.
 

Belə ki, Azərbaycan Mərkəzi Bankı 2025-ci il yanvar ayının birinə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb. İstehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16 faiz, avtomobil kreditləri üzrə 10 faiz və digər istehlak kreditləri üzrə 20 faiz təşkil edib.


Qeyd edək ki, illik müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər və avtomobil kreditləri 1 faiz bəndi azalıb, kredit kartı vasitəsi ilə verilən kreditlərdə 2 faiz bəndi, digər istehlak kreditlərində isə 3 faiz bəndi artıb. Bu dövrdə məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə dəyişməyib. Kredit faizlərinin artımı hansı səbəblərlə bağlıdır?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, ölkəmizdə təqdim olunan istehlak kreditləri üzrə faizlər yüksəkdir: "Azərbaycanda banklar, əsasən əhaliyə istehlak kreditləri verir. Bu kreditlərin faiz dərəcələri banklar arasında müəyyən qədər fərqlənsə də, bütövlükdə kredit portfelində orta faiz dərəcəsi eynidir.

Bəzi istehlak kreditləri üzrə faiz dərəcəsi 25-26, digər kreditlər üzrə 15-16 faiz təşkil etsə də, istehlak kreditlərinin ortalama faiz dərəcəsi 20 faiz ətrafındadır. Belə kreditlər baha kredit hesab olunur".

Onun sözlərinə görə, əgər ölkədə istehlak qiymətləri indeksi və inflyasiya səviyyəsi nəzərə alınsa, o halda banklar tərəfindən əhaliyə təklif olunan istehlak kreditlərinin real dəyərindən bir neçə dəfə baha təklif olunduğunu görə bilərik. Kreditlərin həddindən artıq baha olması son nəticədə problemli kreditlər portfelinin şişməsinə səbəb olur.

F.Yusifovun fikrincə, Mərkəzi Bank bu faizlərlə bağlı müəyyən işlər həyata keçirsə də, demək olar ki, heç bir nəticəsi olmur:

"Mərkəzi Bankın uçot dərəcəsini bir neçə dəfə aşağı saldığı vaxtlarda da kommersiya banklarında kreditlər baha satılırdı. Əslində uçot dərəcəsinin azaldılması kreditlərin ucuzlaşmasını təmin etməlidir. Lakin təəssüf ki, illərdir biz təcrübədə bunu görə bilmirik".

"Xarici banklara da şərait yaratmaq lazımdır"

İqtisadçı bu problemin həlli yollarından da bəhs etdi. Onun sözlərinə görə, kredit faizlərinin aşağı salınması tələb və təklif əsasında formalaşa bilər. Bazarda bir məhsul az olanda qiyməti yüksəlir, lakin artdıqda qiymətlər tənzimlənir:

"O səbəbdən düşünürəm ki, xarici banklara da şərait yaratmaq lazımdır. Əgər ölkənin bank sektorunda digər oyunçuların - dünyanın böyük banklarının iştirakı təmin edilərsə, o halda ölkə ərazisində kredit təklifləri artar, tələb və təklif əsasında istehlak kreditlərinin, həmçinin biznes kreditlərinin faiz dərəcələri tam optimallaşar. Filiallar və ya nümayəndəliklər şəklində bunu təmin etmək olar. Yerli banklar da məcbur olub faizləri endirəcək".

Xatırladaq ki, Avropa ölkələrində istehlak kreditləri üzrə faizlər 5-12 faiz, hətta bəzi ölkələrdə 3-5 faiz arasındadır. Qonşu ölkələrdə isə vəziyyət bir az daha fərqlidir. Belə ki, Türkiyədə istehlak kreditləri faizləri son illər artsa da, 15-20 faiz civarında dəyişir. Rusiyada isə inflyasiya səbəbindən faizlər 15-25 faiz aralığındadır.

"Faizlə bağlı limit mövcud deyil"

İqtisadi məsələlər üzrə ekspert Asif İbrahimlinin sözlərinə görə, istehlak kreditləri üzrə faizlər təyin edilərkən müəyyən məsələlər nəzərə alınır:

"İstehlak kreditlərinin faizlərində artma və ya azalma hansısa kredit məhsulunun hesablanmış faiz miqdarı, bankların qiymət siyasəti əsas götürülərək təyin edilir. Kreditlərin verilməsində əsas ön plana çıxarılan istehlakçının kredit ödəmə qabiliyyətidir. Müvafiq risk dərəcəsi hesablanaraq faizlər müəyyənləşdirilir. Qanunvericilikdə faiz miqdarının hansı limitdə olması ilə bağlı məhdudiyyət mövcud deyil".

A.İbrahimli bildirdi ki, faizlərin aşağı salınması adətən kampaniya xarakteri daşıyır:

"Bazara yeni bir kredit məhsulu çıxdığı zaman, yaxud kredit məhsulunun tanıdılması lazım olduqda, hansısa kredit məhsulu daha çox mənfəət gətirdiyi zaman bu tendensiyanı müşahidə edirik".

Onun sözlərinə görə, kredit faizlərinin artması hər hansı təhlükə ehtiva etmir. Çünki istehlakçının təqdim etdiyi məlumatlara əsasən, risklərin qiymətləndirilməsi və ödəmə qabiliyyətinin hansı səviyyədə olması müəyyənləşdirilir:

"Bununla bağlı qanuna müəyyən dəyişikliklər də edildi. Hərtərəfli araşdırıldıqdan sonra kredit təqdim edilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplomatlar Şuşada - VİDEO

Diplomatlar Şuşada - VİDEO

Aygün Kazımova səhhətinə görə konsertini təxirə saldı - FOTO

Aygün Kazımova səhhətinə görə konsertini təxirə saldı - FOTO

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

TikTok"da tələbələr üçün yeni funksiya

TikTok"da tələbələr üçün yeni funksiya

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

End of content

No more pages to load

RADİO