İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü KEÇİRİLİB - VİDEO

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: 

“Cənab Prezident, əziz qonaqlar, xoş gəlmisiniz. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bizim elə indicə cənab Prezidentlə məhsuldar görüşümüz oldu. Görüş zamanı biz ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələləri, eləcə də beynəlxalq məsələləri müzakirə etdik. Almaniya Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olub. Biz keçən il Berlində görüşmüşdük və mən dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram. Əminəm ki, səfər çox faydalı, məhsuldar olacaq və bizim ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Xoş gəlmisiniz, cənab Prezident”. 

Prezident Frank-Valter Ştaynmayer deyib:  

“Təşəkkür edirəm, cənab Prezident. Səmimi dəvətinizə görə təşəkkür edirəm. İcazə verin bildirim ki, uzun illərdən sonra yenidən Azərbaycanda olmaq xoşdur. Sonuncu səfərim xarici işlər naziri qismində 2016-cı ildə oldu. Ötən 9 ildə geosiyasi dəyişikliklərə gəlincə, bu, əbədiyyət kimi görünür. Lakin düzünü söyləsək, mən təxminən iki il bundan əvvəl Azərbaycan ərazisində - Xəzərin şərq hissəsində olmuşam. Sizin Aktaudakı logistika mərkəzini ziyarət edərkən və Azərbaycan gəmisinə minərkən mən öyrəndim ki, bu gəmi Azərbaycan ərazisidir. Ona görə də buraya, Bakıya yenidən qayıtmaq və bu günlərdə zəruri olan çox geniş fikir mübadiləsi aparmaq üçün imkana malik olmaq xoşdur”. 

X X X 

Görüşdə Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunulub. 

COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulanıb. 

Söhbət zamanı humanitar əlaqələrin inkişafına toxunulub. Alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Aİ "Yelo Bank"a qarşı sanksiyaları LƏĞV ETDİ

Aİ "Yelo Bank"a qarşı sanksiyaları LƏĞV ETDİ

Cəbrayılda traktor MİNAYA DÜŞDÜ

Cəbrayılda traktor MİNAYA DÜŞDÜ

Paytaxtda skuter sürənlərin yaratdığı TƏHLÜKƏ – VİDEO

Paytaxtda skuter sürənlərin yaratdığı TƏHLÜKƏ – VİDEO

Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Gəncədə avtomobil 13 yaşlı qızı vurdu

Gəncədə avtomobil 13 yaşlı qızı vurdu

Tramp: “İrana kütləvi hücumu nəzərdən keçirirəm”

Tramp: “İrana kütləvi hücumu nəzərdən keçirirəm”

Xankəndidə kafedə yanğın: İki qadın xəsarət aldı

Xankəndidə kafedə yanğın: İki qadın xəsarət aldı

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini TƏSDİQLƏDİ

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini TƏSDİQLƏDİ

Cəbrayılın üç kəndində yanğın başladı - FOTO

Cəbrayılın üç kəndində yanğın başladı - FOTO

Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Bu bağçalarda aylıq ödəniş 1700 manata qədər yüksəlir – NİYƏ?

Bu bağçalarda aylıq ödəniş 1700 manata qədər yüksəlir – NİYƏ?

Rəhbərlik niyə evdən işləməyə İCAZƏ VERMİR?

Rəhbərlik niyə evdən işləməyə İCAZƏ VERMİR?

Zelenski ABŞ-yə səfər edəcəyini AÇIQLADI

Zelenski ABŞ-yə səfər edəcəyini AÇIQLADI

10 milyon manatlıq qalmaqal - İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU - SİYAHI

10 milyon manatlıq qalmaqal - İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Madyara vağzalda tüpürdülər – Yenə mühafizəsini gücləndirmir

Madyara vağzalda tüpürdülər – Yenə mühafizəsini gücləndirmir

Hindistanın paytaxtında internetin söndürülməsi barədə QƏRAR VERİLDİ

Hindistanın paytaxtında internetin söndürülməsi barədə QƏRAR VERİLDİ

Ceyhun Bayramov Putinin köməkçisini qəbul etdi - FOTO

Ceyhun Bayramov Putinin köməkçisini qəbul etdi - FOTO

Əraqçi Qırğızıstana yollandı

Əraqçi Qırğızıstana yollandı

Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi

Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi

Çexiyada furqon qatarla toqquşdu: Xəsarət alanlar var

Çexiyada furqon qatarla toqquşdu: Xəsarət alanlar var

Tacir Şahmalıoğlu Bakıdan köçür

Tacir Şahmalıoğlu Bakıdan köçür

Qarabağ atlarının sayı açıqlandı - RƏSMİ

Qarabağ atlarının sayı açıqlandı - RƏSMİ

End of content

No more pages to load

RADİO