DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bu gün yaydığı görüntülərdə təhlükəli vəziyyət aşkar görünür. Paytaxtın Füzuli küçəsində iki skuter və bir velosiped sürücüsü qaydaları heçə sayır, özlərinin və başqalarının həyatını riskə atırlar.
Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın əməkdaşlarının apardığı qısa çəkiliş müddətində də səkidə yüksək sürətlə hərəkət edilməsinin, piyada keçidindən skuterdən enmədən keçilməsinin, eləcə də iki nəfərin bir skuterdən istifadə etməsinin şahidi olunub.
Daha ətraflı videoreportajda:
Bizim.Media