Gəncədə yol-nəqliyyat hadisəsi zamanı piyada xəstəxanalıq olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Cavad Xan qəsəbəsində baş verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü M.Əliyevanı vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu