Millimizin FİASKOSU – Ardıcıl məğlubiyyətlərin günahkarı KİMDİR? – SORĞU

Futbol üzrə milli komandamızın son oyunlardakı fiaskosu yenə də ölkə gündəminin əsas müzakirə olunan məsələlərindən biridir. Burada nəticədən əlavə ölkənin əsas komandasına çağırılan futboçuların heç nə ilə yadda qalmaması, Haiti kimi futbol ölkəsi olmayan bir komanda qarşısında aciz qalması ciddi sualları ortaya çıxarır.

Bəs görəsən, problemin kökü nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Millimiz biabırçı hesabla uduzdu


Bizim.Media bununla bağlı futbol mütəxəssisləri və media nümayəndələrinə müraciət edib.

Azərbaycanın əməkdar məşqçisi, şöhrət ordenli, AFFA Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadov problemin kökündə futbolçuların mentalitetindən tutmuş, infrastruktura qədər ciddi məsələlərin olduğunu düşünür:

“Bilirsiz, yığma məğlub olursa, bunun səbəbi təkcə məşqçidə və futbolçularda deyil. Bizim futbolun əsl problemi sistemsiz iş qurmaqdadır. Yəni bu gün milliyə normal 11 nəfər tapıb çıxara bilmiriksə, bunun günahını hər birimizdə axtarmalıyıq. Misal üçün infrastruktur problemi. Bu gün Bakı da daxil olmaqla xüsusilə bölgələrdə komandalar məşq etməkdə çətinlik çəkirlər. Uşaq futbolu isə başqa bir problemdir. Bir “Qəbələ”ni çıxmaq şərti ilə digər klublarımızda normal akademiya belə yoxdur.

Yaxşı, biz baş məşqçini qınayırıq. Amma yaddan çıxarmayaq ki, futbolçular klublardan gəlirlər. Milli üzvlərinin çoxu heç öz klubunda əsas heyətdə oynamır. Misal üçün Aleksey İsayev “Qarabağ”da əsas heyətə düşmür, ancaq onu millinin əsas heyətində oynadırsan.

Fernandu Santuş bizim futbolumuza hələ yaxşı bələd deyil. Hesab edirəm ki, ən azından klub məşqçiləri ilə görüşməlidir, fikir mübadiləsi aparmalıdır. O, böyük komandalarda işləyib, Avropa çempionu olub. Ancaq bizim mentalitet başqadır. Elə futbolçularımızın da xasiyyəti başqa cürdür. Bir sözlə problemlər və səbəblər kifayət qədərdir və onların həlli üçün sistemli bir iş qurmaq lazımdır”.

“Səbəbkar Fernandu Santuşdur”

Milli komandamızın keçmiş üzvü, futbol veterarı Bəxtiyar Musayev isə yığmanın zəif çıxşını baş məşqçi ilə əlaqələndirir:

“Təəssüf ki, millimiz yenə bizi məyus etdi. Əslində bu yeni bir şey deyil. Əvvəlki dövrlərdə də belə idi. Sadəcə olaraq dedik ki, yeni seçmə mərhələ başlayır. Bəlkə bu dəfə yığmamızdan nəsə gözləyək. Amma daha pis oldu. İndiki halda yığmanın zəif çıxışının əsas səbəbkarı baş məşqçi Fernandu Santuşdur. 
 

Çünki onun həm futbolçu seçimi, həm oyuna müdaxiləsi, həm də taktiki gedişləri sıfır dərəcəsində idi. Həm Haiti, həm də Belarusla oyunda baş məşqçinin heyət seçimində ciddi problemləri var idi. Ona görə də hesab edirəm ki, Santuşla bağlı qərar verilməlidir.


Onsuz da, dünya və Avropa çempionatına çıxmaq şansımız yoxdur. Amma ən azından baxımlı oyun və müəyyən oyunlarda yaxşı nəticəyə haqqımız çatır. Mənə elə gəlir ki, futbolumuz hal-hazırda uçurumun lap dibindədir. Neçə illər özüm millidə oynamışam. Təəssüf ki, yığma ilə bağlı həmişə mənfi şeylər danışırıq. Hesab edirəm ki, ilk öncə Fernandu Santuş yola salınmalıdır. Sonra isə AFFA rəhbərliyi tərəfindən düzgün sistemli iş qurulmalıdır. Bəlkə bundan sonra nə isə inkişaf olar”.

“Uşaq futbolu bərbad vəziyyətdədir”

İdman jurnalisti, “Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov da millinin zəif nəticələrinin başlıca səbəbi kimi baş məşqçi seçimini göstərir:

“Yığmamızın biabırçı çıxışının çox səbəbləri var. Ən başlıcası futbolçu qıtlığı, əllərimizdə olan oyunçuların zəif olmasıdır. Son oyunlar göstərdi ki, istər əsas heyət, istərsə də gənc oyunçularla fiaskoya uğradıq. Belə zəif heyətlə isə əcnəbi baş məşqçi işləyə bilməz. Yığmada indiki vəzəyyətdə mütləq yerli məşqçi işləməlidir. Əcnəbi gətirəndə də məşhur və böyük nəticələr qazanan deyil, gənc və özünü təsdiq etməyə çalışan bir mütəxəssisə üstünlük verilməlidir.

Əvvəlcə biz keyfiyyətli futbolçu yetişdirənə qədər yığmalarda mütləq yerli məşqçilər olmalıdır. Bununla pararlel olaraq usaq futbolunda tamamilə yeni sistemə keçməliyik ki, bu sahə hal-hazırda bərbad vəziyyətdədir”.

“Günahkar hamımızıq”

Tanınmış idman jurnalistlərindən olan “Futbolinfo.az” saytının baş redaktoru Vüsal Mahmudov isə yığmamızın fiaskosunun səbəblərinin daha dərin köklərdə olduğunu düşünür:

“Bu gün əgər yığma biabırçı oynayır və uduzursa, bunun günahı nə məşqçidə, nə AFFA-da, nə də futbolçulardadır. Günahkar hamımızıq. Çünki futbolumuzun vahid inkişaf sistemi yoxdur. Biz uzun illərdir ki, bunun acısını çəkirik. Bu gün ölkəmizdə istedadlı futbolçu çoxdur. Sadəcə onların yetişməsi üçün çalışmaq lazımdır. Bunu isə yalnız düzgün sistemi quraraq etmək lazımdır.
 

Sistemi quran əsas təşkilat AFFA-dır. Ancaq o, strategiyanı özü müəyənləşdirməməli, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi ilə birlikdə işləməlidir. Biz uşaq futbolunda, infrastrukturda olan problemləri həll etməli və hansı sistemlə işləməyimizi müəyyən etməliyik. Sistemi qurmaqla da iş bitmir. Bundan sonra vicdanla çalışmaq tələb olunur.


Bunu edə bilsək, futbolçular da yetişəcək, klublar və yığma da inkişaf edəcək. Ancaq təəssüflər olsun ki, bu sistem nəinki qurulur, hətta bunun üçün cəhd belə göstərilmir. Belə davam etsə, futbolumuz uçurumun lap dərinliyinə düşəcək”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO