Əfqanıstanda yüksək vəzifə alan azərbaycanlı kimdir?

Həmvətənimiz Namiq Heydərov Əfqanıstanın Yardım və İnkişaf Koordinasiyası Agentliyinə (ACBAR) rəhbərlik edəcək.

Bizim.Media Globalinfo.az-a istinadən xəbər verir ki, ACBAR, 1988-ci ildən Pakistanın Pişəvar şəhərində, Pakistan-Əfqanıstan sərhədində əfqan qaçqınları ilə çalışan QHT-lərin təşəbbüsü ilə humanitar yardım və xidmətlərin koordinasiyasını təmin etmək məqsədilə yaradılıb və 203 beynəlxalq və yerli QHT-ni bir araya gətirən agentlikdir. Özünün 35 illik təcrübəsinə əsaslanaraq əfqan xalqının rifahı və inkişafı naminə müxtəlif beynəlxalq və yerli QHT-lər, eləcə də dövlət orqanları arasında əməkdaşlığı effektiv şəkildə koordinasiya edir. 2002-ci ildən ACBAR-ın baş bürosu Əfqanıstanın paytaxtı Kabildədir və hazırda təşkilat ölkənin yeddi vilayətində fəaliyyət göstərir, yaxın gələcəkdə isə daha da genişlənməyi planlaşdırır.
 

ACBAR-ın ali orqanı Ümumi Assambleyadır ki, bu da bütün üzvlərin iştirakını təmin edir, təşkilatın inklüzivlik və əməkdaşlıq prinsiplərinə sadiq olduğunu nümayiş etdirir, demokratik idarəetmə strukturunda fəaliyyət göstərir.


Bir qədər də Agentliyin yeni təyin edilmiş rəhbəri, həmvətənlimiz Namiq Heydərov haqda.

Namiq Heydərov beynəlxalq inkişaf, humanitar yardım, diplomatiya və terrorizmə qarşı mübarizə sahəsində yüksək ixtisaslı mütəxəssisdir. O, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə PhD dərəcəsi alıb və Harvard Universitetində əlavə akademik hazırlıq keçib.

Karyerası ərzində BMT və aparıcı beynəlxalq qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışıb, İranda, Əfqanıstanda, Pakistanda, Mərkəzi Asiya və Yaxın Şərqdə əsas humanitar və inkişaf proqramlarını idarə edib. O, bölgədə yüksək səviyyəli siyasi danışıqlarda fəal iştirak edib, strateji təşəbbüslər və diplomatik proseslərə töhfələr verib. Terrorizmə qarşı mübarizə üzrə mütəxəssis olan N.Heydərov BMT-nin “Əl-Qaida” və İŞİD fəaliyyəti üzrə ən məlumatlı mütəxəssislərindən biri hesab olunur.

O, terrorizmə qarşı mübarizə, radikalizmin qarşısının alınması və təhlükəsizlik strategiyalarının hazırlanması sahəsində dövlət orqanları, beynəlxalq təşkilatlar və təhlükəsizlik strukturları ilə sıx əməkdaşlıq edib. Böhran idarəetməsi, diplomatik danışıqlar və tərəfdaşlıq əlaqələrinin yaradılması sahəsində əhəmiyyətli təcrübəyə malik olan Namiq Heydərov, mürəkkəb beynəlxalq şəraitdə effektiv fəaliyyət göstərir. Azərbaycan, rus, ingilis, fars və türk dillərini bilməsi, ona müxtəlif geosiyasi kontekstlərdə uğurla çalışmaq imkanı yaradır.

Həmyerlimizə yeni fəaliyyətində uğurlar diləyirik!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada hantavirus həyəcanı: Ölənlər var

Venesuelada hantavirus həyəcanı: Ölənlər var

Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı

Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı

Dostluğa ömürlük sadiq qalan 5 BÜRC

Dostluğa ömürlük sadiq qalan 5 BÜRC

“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər

“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər

Tramp: “İranla mənasız görüşlər keçirmək istəmirik”

Tramp: “İranla mənasız görüşlər keçirmək istəmirik”

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Kəlbəcərdəki partlayışda yaralanan şəxs müalicədən İMTİNA ETDİ

Kəlbəcərdəki partlayışda yaralanan şəxs müalicədən İMTİNA ETDİ

"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"

"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"

Gəncə və Samuxdakı zəhərlənmənin dəqiq səbəbi məlum oldu - RƏSMİ

Gəncə və Samuxdakı zəhərlənmənin dəqiq səbəbi məlum oldu - RƏSMİ

Dalğıclar dənizdə batmaqda olan şəxsi xilas etdi

Dalğıclar dənizdə batmaqda olan şəxsi xilas etdi

Gürcüstan klubunun hücumçusu “Şəfa” ilə müqavilə imzaladı

Gürcüstan klubunun hücumçusu “Şəfa” ilə müqavilə imzaladı

17 ildən sonra Trampla yenidən görüşdülər

17 ildən sonra Trampla yenidən görüşdülər

Təbriz və Almatı şəhərləri qardaşlaşacaq

Təbriz və Almatı şəhərləri qardaşlaşacaq

İran səfiri Küveyt XİN-ə çağırıldı

İran səfiri Küveyt XİN-ə çağırıldı

Rodri “Real”a keçmək istəyir

Rodri “Real”a keçmək istəyir

"Avropada müğənnilər məni təkrarlayırlar"

"Avropada müğənnilər məni təkrarlayırlar"

Ermənistan güləşçiləri Azərbaycana gəlir

Ermənistan güləşçiləri Azərbaycana gəlir

İlham Əliyevin Almaniyaya səfərindən VİDEOÇARX

İlham Əliyevin Almaniyaya səfərindən VİDEOÇARX

Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir

Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir

“Sabah” – “Kups” matçında heyətlər açıqlandı

“Sabah” – “Kups” matçında heyətlər açıqlandı

"Limon turşusu" səhifəsinin adminləri HƏBS OLUNDU

"Limon turşusu" səhifəsinin adminləri HƏBS OLUNDU

İlham Əliyev Bakıda keçirilən gizli görüşdən danışdı: “Ərazimizdən bizdən xəbərsiz istifadə olunub” - VİDEO

İlham Əliyev Bakıda keçirilən gizli görüşdən danışdı: “Ərazimizdən bizdən xəbərsiz istifadə olunub” - VİDEO

Sürücülərin nəzərinə: "8-ci km" bazarına gedən yol BAĞLANIR

Sürücülərin nəzərinə: "8-ci km" bazarına gedən yol BAĞLANIR

“Qəbələ” Şotlandiyada oynamış futbolçu ilə anlaşdı

“Qəbələ” Şotlandiyada oynamış futbolçu ilə anlaşdı

End of content

No more pages to load

RADİO