Küveyt Xarici İşlər Nazirliyi bu ölkəyə məxsus Küveyt tankerinin Hörmüz boğazından keçərkən hücuma məruz qalması ilə bağlı rəsmi etirazını bildirmək üçün İran səfirini çağırıb.
Bizim.Media bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir.
Küveyt tərəfi bu insidenti gəmiçilik təhlükəsizliyinin ciddi şəkildə pozulması kimi qiymətləndirib və gəmiyə edilən hücumla əlaqədar Tehrana etirazını çatdırıb.
Bizim.Media