"Qəbələ" növbəti transferini reallaşdırıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.
24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edib.
Bizim.Media