İspaniya millisinin futbolçusu Rodri “Mançester Siti”nin yeni müqavilə təklifini qəbul etməyib.
Bizim.Media xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi klubunu dəyişmək, “Real”a keçmək niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid klubunun yaxın vaxtlarda Rodri ilə danışıqlara başlayacağı gözlənilir.
Rodri İspaniya millisi ilə dünya çempionatının qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib.
Bizim.Media