Trampın xüsusi elçisi Putinlə görüşmək üçün Moskvaya GƏLİR

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gələcək.

Bizim.Media “Bloomberg” və “Reuters” agentliklərinə istinadən xəbər verir ki, o bunu martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlardan sonra edəcək.

Bu, Vitkoffun Rusiyaya ikinci səfəri olacaq: o, bundan əvvəl fevralın 11-də gəlmişdi və Putinlə görüşdükdən sonra Rusiyada narkotik işinə görə 14 il müddətinə azadlıqdan məhrum edilmiş amerikalı Mark Vogellə birlikdə ABŞ-a uçmuşdu. Vitkoff qeyd edib ki, o, həmin səfərdə Rusiya prezidenti ilə “çox vaxt” keçirib, onunla dostluq münasibətləri qurub.

Xarici KİV-lər Trampın xüsusi elçisinin cədvəlinə əsaslanaraq, Putinlə cümə axşamı, martın 13-də görüşə biləcəyini bildiriblər, lakin “hər şeyin hələ də dəyişə biləcəyi” də vurğulanıb.

Vitkoff, dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals ilə birlikdə bu gün Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqlarda iştirak edəcək. İclasda Ukraynanı prezident aparatının rəhbəri Andriy Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil edəcək.

Vaşinqton bəyan edib ki, danışıqların əsas məqsədi sülh sazişi və ilkin atəşkəs üçün zəmin yaratmaqdır.

ABŞ Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Kiyev və Moskva ərazi güzəştləri də daxil olmaqla, güzəştə getməli olacaqlar. Onun sözlərinə görə, Ukrayna tərəfi ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüş Amerikanın Kiyevə hərbi yardımının bərpası üçün “əsas əhəmiyyət kəsb edəcək”. Xüsusilə, ABŞ Ukraynadan müharibəni dayandırmaq və ya ən azı “bu və ya digər formada” onu “dayandırmaq” üçün “çətin qərarlar qəbul etməyə” hazır olmasını gözləyir. Eyni zamanda Rubio Ukraynanın qismən atəşkəslə bağlı təklifini “perspektivli” adlandırıb ki, bu da pilotsuz təyyarələrin və uzaqmənzilli raketlərin qadağan edilməsini, həmçinin Qara dənizdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
“Mən demirəm ki, təkcə bu kifayətdir, lakin münaqişəyə son qoymaq üçün güzəştə baxmaq lazımdır”, - dövlət katibi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” onu 6,8 milyona satır

“Qarabağ” onu 6,8 milyona satır

Bu gün Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olur

Bu gün Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olur

Azad olunan ərazilərdə daha 44 mina AŞKARLANDI

Azad olunan ərazilərdə daha 44 mina AŞKARLANDI

Məşhur bloger qızı ilə qəzaya düşdü - FOTO

Məşhur bloger qızı ilə qəzaya düşdü - FOTO

Bəy vəfat etmiş gəlinlə toy keçirtdi

Bəy vəfat etmiş gəlinlə toy keçirtdi

Nazarbayevin qardaşı oğlu 35 milyonluq malikanəni cəmi 10 dollara aldı – FOTO

Nazarbayevin qardaşı oğlu 35 milyonluq malikanəni cəmi 10 dollara aldı – FOTO

Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...

Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...

Su sayğacları YENİLƏNİR – Abonentlərdən ödəniş tələb olunacaq?

Su sayğacları YENİLƏNİR – Abonentlərdən ödəniş tələb olunacaq?

Bakıda əhali ərzaq və içkiyə nə qədər pul xərcləyib? – RƏSMİ

Bakıda əhali ərzaq və içkiyə nə qədər pul xərcləyib? – RƏSMİ

Sifariş çatdıran qadın kuryer binada hücuma məruz qaldı - ANBAAN VİDEO

Sifariş çatdıran qadın kuryer binada hücuma məruz qaldı - ANBAAN VİDEO

Bakıda TƏHLÜKƏLİ ANLAR: Azyaşlı binanın damında velosiped sürdü - VİDEO

Bakıda TƏHLÜKƏLİ ANLAR: Azyaşlı binanın damında velosiped sürdü - VİDEO

Bu gün Biləcəridən Ermənistana qatar yola düşəcək

Bu gün Biləcəridən Ermənistana qatar yola düşəcək

Evlənmək üçün ideal yaş açıqlandı

Evlənmək üçün ideal yaş açıqlandı

SOCAR-ın hücuma məruz qalan yanacaqdoldurma məntəqəsində SON DURUM

SOCAR-ın hücuma məruz qalan yanacaqdoldurma məntəqəsində SON DURUM

DİM-dən jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərə MÜRACİƏT

DİM-dən jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərə MÜRACİƏT

Qaxda qeyri-sabit hava şəraiti: Ağaclar aşdı, işıq kəsildi - FOTO

Qaxda qeyri-sabit hava şəraiti: Ağaclar aşdı, işıq kəsildi - FOTO

Dünyanın ən xoşbəxt ölkələri açıqlandı – SİYAHI

Dünyanın ən xoşbəxt ölkələri açıqlandı – SİYAHI

Dünən keçirilmiş qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI

Dünən keçirilmiş qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI

Qobustanda törədilən qətlin səbəbi AÇIQLANDI

Qobustanda törədilən qətlin səbəbi AÇIQLANDI

Cibimizi kiberdələduzlardan necə qoruyaq? – Ən sadə ÜSULLAR

Cibimizi kiberdələduzlardan necə qoruyaq? – Ən sadə ÜSULLAR

Ronaldo: "Bu dünya çempionatı karyeramda sonuncudur"

Ronaldo: "Bu dünya çempionatı karyeramda sonuncudur"

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun istifadəyə verilməsindən 100 il ötür – VİDEO

Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun istifadəyə verilməsindən 100 il ötür – VİDEO

Quterreş süni intellekti cəmiyyət üzərində aparılan “eksperiment” adlandırdı

Quterreş süni intellekti cəmiyyət üzərində aparılan “eksperiment” adlandırdı

End of content

No more pages to load

RADİO