Bakıda saxlanılan Yelena Xaxalevanın Rusiyaya ekstradisiyasından imtina edilib - DETALLAR

Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxaleva ilə bağlı qərar verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya vəkil Şəhla Hümbətova bildirib. 

Məlumata görə, onun ekstradisiyası ilə bağlı sorğu təmin edilməyib. Yelena Xaxalevanın Rusiyaya ekstradisiya edilməsindən imtina edilib. 

Qeyd edək ki, Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva yanvar ayında Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Onunla bağlı Xəzər Rayon Məhkəməsində prokurorluğun təqdimatına baxılıb. 

Yanvarın 24-də Xəzər Rayon Məhkəməsində Yelena Xaxalyeva barəsində 40 gün müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılıb. 

Həbs qətimkan tədbiri onun ektradisiyası ilə bağlı hüquqi prosedurları həyata keçirmək məqsədi ilə seçilib. 

Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb. 

O, 1,2 milyon rubl ələ keçirməkdə, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb. 
 

Daha sonra Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. 


Məhkəmənin 4 fevral tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər rayon prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artisti ilan sancdı - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Bioloji yaşı necə aşağı salmaq olar?

Bioloji yaşı necə aşağı salmaq olar?

Süni intellektə ən çox verilən 10 sual

Süni intellektə ən çox verilən 10 sual

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Bu gün bürcləri nə GÖZLƏYİR?

Bu gün bürcləri nə GÖZLƏYİR?

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

FHN çimərliklərə üz tutanlara ÇAĞIRIŞ etdi

FHN çimərliklərə üz tutanlara ÇAĞIRIŞ etdi

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

ABŞ İranla danışıqlar aparır -Tramp

ABŞ İranla danışıqlar aparır -Tramp

End of content

No more pages to load

RADİO