İnsan beyni böyüdükcə daha tez qocalır

İnsan beyninin böyüyən hissələrinin daha tez qocaldığı müəyyən edilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu barədə “The İndependent” nəşri yazıb.
 

Mənbə qeyd edir ki, təxminən 7 milyon il əvvəl ortaya çıxan insanları yaxın qohumlarından fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərdən biri də onların böyük beyinə sahib olmasıdır.


Milyonlarla illik təkamül yolu ilə böyüyən, həm də mürəkkəb bir quruluşa sahib olan insan beyni dillə ünsiyyətdən gələcəyi planlaşdırmağa qədər bir çox üstünlüklər təmin edir. Digər tərəfdən, elmi tədqiqatlar aparan “Science Advances” jurnalında dərc edilən yeni araşdırmaya görə, bütün bunların bir dəyəri var.

İnsan beyininin necə yaşlandığını müşahidə etmək istəyən tədqiqatçılar 480 insan və 189 şimpanzenin beyin skanlarını araşdırıblar. Şimpanzelər insanların əcdadları deyillər, lakin bu iki növ ortaq əcdaddan təkamül keçiriblər. İnsan beyni şimpanzeninkindən üç dəfə böyükdür.

Alimlər hər iki beyində 17 ayrı bölgənin olduğunu qeyd ediblər. Bunlardan bəziləri bərabər ölçüdə olub, digərləri isə insanlarda daha geniş yayılıb. Bunlardan biri də gözlərin arxasında yerləşən və qərarların qəbulunda mühüm rol oynayan orbitofrontal korteks olub.

Daha sonra qocalma prosesini araşdıran qrup, hər iki növün beyinlərinin zamanla kiçildiyini müşahidə edib. Ancaq bəzi hissələr daha sürətli kiçilirsə də, insan beynində ən sürətli qocalmanın orbitofrontal korteksdə və təkamül zamanı daha çox böyümə müşahidə edən digər bölgələrdə baş verdiyi aşkarlanıb.

Tədqiqatçılar, həmçinin babun və makakaların beyinlərini şimpanzelərin beyinləri ilə müqayisə ediblər. Digər tərəfdən, bu müqayisələrdə beynin genişlənməsi ilə yaşa bağlı azalma arasında heç bir əlaqə aşkarlanmayıb.

Düsseldorf Universitetindən olan tədqiqatçılar bildirib ki, beynin ən sürətlə genişlənən hissələri mürəkkəb vəzifələrə cavabdehdir: “Bu, həmin sahələrin niyə daha tez köhnəldiyini və daraldığını izah edə bilər. Ancaq insan beyninin daha böyük hissələrinin niyə daha sürətli kiçilməsini izah etmək üçün daha çox araşdırmaya ehtiyac var”.

Araşdırmada iştirak etməyən bəzi ekspertlər də hesab ediblər ki, nəticələr daha çox iştirakçı ilə dəstəklənməlidir. London Universitet Kollecindən antropoloq dr. Aida Qomez-Robles əlavə edib: “İnsanların beyinində qocalmanın oxşar tədqiqatları çox vaxt minlərlə insanı əhatə edir.

Nəticələr bu hissələrin bəzilərinə aiddir, lakin onların hamısına aid olub-olmadığını bilmirik.

Həmin nəticələr qəti şəkildə təsdiqlənərsə, maraqlı bir vəziyyət ortaya çıxar - insanların sağqalma şansını artıran və şimpanzelərdən daha uzun yaşamalarını təmin edən bölgələr ilk yaşlanan hissələrdir. Yaş irəlilədikcə ortaya çıxan bəzi problemlər təkamülün həm üstünlük, həm də mənfi cəhətlər gətirməsinin nəticəsi ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Bioloji yaşı necə aşağı salmaq olar?

Bioloji yaşı necə aşağı salmaq olar?

Süni intellektə ən çox verilən 10 sual

Süni intellektə ən çox verilən 10 sual

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Bu gün bürcləri nə GÖZLƏYİR?

Bu gün bürcləri nə GÖZLƏYİR?

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

End of content

No more pages to load

RADİO