“Türkiyədə baş verən faciə bizim otellər üçün bir siqnaldır” – Elman Nəsirov

Yanvarın 21-də Bolunun Kartalkaya bölgəsində "Grand Kartal" otelində baş verən yanğın ölkəmizdə də bir çox turizm həvəskarlarını təşvişə salıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki yanğın nəticəsində ölənlərin sayı ARTDI


Onların əksəriyyətini “Hotellərdə yanğından mühafizə qaydalarına əməl olunurmu", "Təhlükəsizliyimizə zəmanət varmı?” kimi sualları düşündürür.

Bizim.Media-ya danışan Millət vəkili Elman Nəsirovun fikrincə, Türkiyədə baş verən faciəli olay ölkəmiz üçün də bir siqnal olmalıdır:

“Qardaş Türkiyədə, Bolu vilayətində baş verən yanğın hadisəsi çox ağır nəticələrə gətirib çıxardı. Böyük faciə baş verdi, 79 nəfər dünyasını dəyişdi. Hazırda Türkiyə bu hadisə ilə bağlı ciddi tədbirlər görür, cinayət işi açılıb, həbslər var. Bu hadisənin başqa bir nəticəsi də odur ki, otellərin təhlükəsizlik məsələləri, yanğından mühafizə məsələləri yenidən gündəmə gəldi. Qış ayları elektrik enerjisindən istifadənin artdığı mövsümdür və bu da qısaqapanmaların olması, yanğın təhlükəsi ehtimalını daha da artmış olur. Ona görə də bu, bir siqnal olmalıdır ki, həm Türkiyədə, həm də Azərbaycanda bu məsələlər ciddi araşdırılsın. Məlum olmalıdır ki, bizim otellərimiz belə hallar üçün hansı hazırlıq səviyyəsinə malikdir? Otellərimizlə bağlı hansı təhlükələr var? Bu baxımdan preventiv addımların atılmasına xüsusi ehtiyac var. Yəni hadisə baş veribsə, onun nəticə və fəlakətləri də labüddür. Elə etmək lazımdır ki, belə ehtimallar aradan qalxsın. Mübarizə nəticə ilə, yəni yanğının söndürülməsi ilə yox, onun baş verməsini şərtləndirən amillərlə olmalıdır. Elə etməlyik ki, o səbəblər aradan qalxsın və belə fəlakətli nəticələrə gətirib çıxarmasın”.

Deputat hesab edir ki, Azərbaycandakı əlaqədar qurumlar Türkiyədə baş vermiş dəhşətli hadisədən sonra müvafiq istiqamət üzrə profilaktik, eyni zamanda preventiv tədbirlər həyata keçirəcəklər:

“Təbii ki, Türkiyədəki hadisədə məsuliyyətsizlik, səhlənkarlıq ön plana keçib. Təhlükəsizlik baxımından lazımi tədbirlərin görülməməsi kimi hallar əsas məsələyə çevrilib. Bu baxımdan o dəhşətli hadisə dərs olmalıdır. Ondan nəticə çıxarmaq lazımdır ki, ölkəmizdə də anoloji hadisələr baş verməsin”.

Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinə də sual ünvanladıq. Agentlikdən bildirildi ki, ulduz kateqoriyaları üzrə sertifikatlaşdırma prosesi çərçivəsində mehmanxanalarda yerində qiymətləndirilmə aparılır və  Dövlət Turizm Agentliyinin Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na və AZS 906 dövlət standartına uyğunluğu yoxlanılır: 

"AZS 906 dövlət standartına əsasən, bütün yerləşmə vasitələrində aşağıdakı tələblərə riayət edilməlidir:

− Qonaq otaqlarında fövqəladə hallarda (yanğın və s. kimi təhlükə baş verdikdə) davranış qaydaları ilə bağlı təlimat vərəqi və əlaqədar qaynar xətt nömrələri diqqət çəkəcək yer(lər)dən asılmalıdır;

− Hər bir yerləşmə vasitəsində yanğın təhlükəsizliyi təmin edilməlidir;

Həmçinin standarta əsasən, mehmanxanalar mütləq şəkildə binalarında yanğın təhlükəsizliyi 16 may 2002-ci il tarixli “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”na uyğun təşkil edilməsi, o cümlədən binadan insanların köçürülməsi üçün Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmış təxliyə planı nəzərəçarpan yerdə divardan asılması minimum tələblərə daxildir.

Ümumilikdə, sertifikatlaşdırma prosesinə başlamaq üçün hotellər müvafiq sənədləri, o cümlədən “Yanğın texniki müayinə aktını” təqdim etməlidirlər.

Mehmanxanaların yanğın təhlükəsizliyi qaydalarına uyğunluğun yoxlanılması mehmanxanalar fəaliyyətə başlamazdan öncə ixtisaslaşmış qurumlar tərəfindən həyata keçirildiyinə görə həmin sahələr üzrə geniş nəzarətin aparılması sertifikatlaşdırma orqanının fəaliyyət sahəsi və səlahiyyətinə daxil deyil.

Ulduz kateqoriyası mehmanxanada təşkil edilən xidmətin keyfiyyət səviyyəsini əks etdirdiyindən və yanğın təhlükəsizliyi və digər bu kimi sahələrin yoxlanılması auditorların ekspertizası xaricindədir".

Qeyd edək ki, Azərbaycanda 758 hotel və hotel tipli müəssisə var.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

End of content

No more pages to load

RADİO