Torpaqların kateqoriyasına dair müraciətə baxılması ELEKTRONLAŞDIRILDI

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edən subyektlər (torpaq mülkiyyətçisi və istifadəçisi olan sahibkarlar, vətəndaşlar, dövlət qurumları və bələdiyyələr) İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalına (//e-services.economy.gov.az/) daxil olub “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini seçərək və ya “kateqoriya.emlak.gov.az” domen ünvanına daxil olaraq müraciət edə bilərlər.

Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, dövlət mülkiyyətində olan torpaqlara münasibətdə aidiyyəti dövlət orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçiləri, torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda mülkiyyətçinin yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki və ya hüquqi şəxslər bu elektron xidmət vasitəsilə müraciətlərini və müraciətin əsaslandırılmasına dair sənədlərini real vaxt rejimində ƏMDX-yə göndərə bilərlər.
 

Müraciət edən subyektlər üçün “Digital Login” vasitəsilə elektron xidmətə daxil olmaqla müraciətlərini formalaşdırıb “ASAN İmza” ilə təsdiqləyərək göndərmək, şəxsi kabinet üzərindən müraciətə baxılmanın gedişatını izləmək, baxılmanın nəticələrinə dair bildiriş almaq, həmçinin çatışmayan sənəd və məlumatları ƏMDX-nin sorğusu əsasında göndərmək imkanları yaradılıb.


Təqdim edilmiş sənədlərin düzgünlüyü Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin və daşınmaz əmlakın dövlət reyestrinin baza məlumatları əsasında yoxlanıldıqdan sonra ƏMDX Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı 10 iş günü müddətində rəy verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə elektron qaydada göndərir.

Dövlət orqanlarından müsbət rəy almış müraciətlər əsasında ƏMDX-nin müvafiq qurumları tərəfindən 15 iş günü müddətində kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinin yer quruluşu planı (xəritəsi) hazırlanır.

Müvafiq Fərmanla təsdiq edilən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda müəyyən edilmiş müddət və prosedurlara uyğun olaraq işlər yekunlaşır və sənədlər Nazirlər Kabinetinə göndərilir.

Nazirlər Kabineti tərəfindən müsbət qərar qəbul edildiyi halda, onun surəti ƏMDX-yə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 iş günü müddətində dəyişikliklər edilir və bu barədə müraciət edən subyektə elektron xidmət vasitəsilə məlumat verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO