Xoşbəxt olmağın 5 FORMULU

Hər kəs xoşbəxt olmaq istəyir. Yeni ilin başlanğıcında isə bu, əsas arzuya çevrilir.

Ancaq xoşbəxtlik asanlıqla əldə edilmir və o, əbədi olmur. Bununla belə yeni ildə xoşbəxt günlərin, anların çox olması üçün səylə çalışmalıyıq.

Nədən başlamalıyıq?

Xoşbəxtliyin bəlli bir resepti yoxdur. Amma ümumi bir yanaşma mövcuddur. Məsələn, psixoloqlar hesab edir ki, xoşbəxt günlərin, anların sayını daha çox etmək üçün ilk növbədə yaxın ətrafımıza diqqətimizi artırmalıyıq. Sevdiklərimizlə daha çox vaxt keçirməliyik. Çünki sevdiyimiz insanlar bizə daha çox pozitiv enerji verir. Elm sübut edib ki, dostluğun hər yaşda insan üçün böyük faydaları var. Bu, həm fiziki, həm də əqli sağlamlığa kömək edir.

Bu mənada yaşlandıqca dostlar bizim üçün xoşbəxtlik mənbəyinə çevrilə bilər. Ona görə də yaşlı insanların sosial dairələrini daraldıb gəncliyindən tanıdıqlarına üstünlük vermələri daha yaxşıdır.

Həm də uzun müddətli dostluqlar çox zaman öhdəliyə əsaslanan ailə münasibətlərindən çox fərqlidir… Ona görə də möhkəm dostluqlar psixi sağlamlığı və idrak funksiyasını qorumağa kömək edir.

Sevincinizi dostlarınızla paylaşın

Əlaqələri təzələmək də əsl dostluğun əlamətidir. Dostlar güclü bağlar yaratmağa kömək edir. Necə ki, eşitdiyin xoş xəbəri ilk öncə dostlarınla paylaşmaq istəyirsən. Necə deyərlər, sevinc paylaşdıqca çoxalır. Ona görə də, sevincinizi dostlarınızla daha çox paylaşın ki, xoşbəxt anların ömrü uzansın.

Təmənnasız yardım

Başqaları, xüsusən də yaxınlarınız üçün nələrsə etdikcə bu sizin əhvalınızı daha da yüksəldəcək. Təmənnasız təşəbbüslər və yardımlar hətta xroniki ağrı və depressiya kimi vəziyyətlərdə də kömək edir. Elmi araşdırmalara görə, başqalarının qayğısına qalmaq insanlarda xroniki ağrıları azaldır. Ona görə də psixoloqlar yaxşılıq etmək üçün könüllü olmağı xoşbəxtliyin xüsusilə təsirli forması kimi tövsiyə edirlər.

Keçmişi tez-tez xatırlayın

Keçmişi daha-tez-tez xatırlamaq indiki zamanda sizi daha xoşbəxt olmağa kömək edə bilər. Bu mənada yaşlı nəsillərlə ünsiyyətin dərin psixoloji faydaları var. Yaşlı nəsillərin çətinliklərə necə qalib gəldiyinə dair ailə hekayələri adama güc verir. Alimlər müəyyən ediblər ki, ailə tarixi haqqında daha çox bilən insanların məmnunluq və rifah səviyyəsi daha yüksəkdir.

Siyahı tutun

Başımıza gələn bütün yaxşı şeylərə görə minnətdar olmaq xoşbəxtliyə gedən yolda bir işıqdır. Bunun hətta elmi əsası var. Alimlər müəyyən ediblər ki, başımıza gələn ən azı üç yaxşı şeyin siyahısını hazırlamaq və onu tez-tez xatırlamaq əhvalımızı xeyli yaxşılaşdıra bilir. Bu xatirələr həyatı kökündən yaxşılığa doğru dəyişən hadisələr ola bilər. Hətta bu 3 şey köhnə dostlarla görüşü xatılamaq, oxuduğunuz kitabdan həzz almaq və ya gün batımına heyran olmaq kimi sadə həyat sevincləri də ola bilər. Psixoloqlar bu emosiyaları kağıza yazmağı məsləhət görürlər. Bu yolla həmin xoşbəxt anların müsbət faydalarını uzatmış olarsınız.

Zövq almaq

Çalışın zövq aldığınız şeylərə daha çox vaxt ayırın. Bu kimisə ziyarətə etmək də ola bilər, sevdiyin tamaşaya, kinoya getmək də olar. Ən əsası sevdiyin görüşə, hadisəyə hazırlaşmaq insanda ayrıca bir zövq yaradır. Bax, nə qədər ürəyiniz istəyənləri etsəniz və buna hazırlaşsanız, xoşbəxt anların sayı daha çox olacaq. Psixoloqlar belə qənaətə gəliblər ki, bizi öz içində dolduran nikbinlik fiziki və mənəvi sağlamlığımıza müsbət təsir göstərir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

End of content

No more pages to load

RADİO