Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələri ilə bağlı MÜHÜM MÜZAKİRƏLƏR

Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələri ilə bağlı MÜHÜM MÜZAKİRƏLƏR
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqələrinin buraxılış imkanları müzakirə olunub.

Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, müzakirələr Dövlət Gömrük Komitəsinin nümayəndələrinin Culfa, Şahtaxtı, eləcə də İranın Culfa və Poldəşt sərhəd buraxılış məntəqələrinə səfəri zamanı aparılıb.

Görüşlərdə buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədələrin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub. Daha sonra sərhəd-keçid məntəqələrinin buraxılış imkanları, beynəlxalq daşımalarda tətbiq edilən qaydalar haqqında tərəflərin məsul nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Azərbaycan daşıyıcılarının İranda üzləşdikləri çətinliklər barədə qarşı tərəfin nümayəndələrinə ətraflı məlumat verilib.

Yük nəqliyyat vasitələrinin mütəmadi yoxlamalara cəlb edilməsinin buraxılış qabiliyyətini ləngitdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın sərhəd-gömrük keçid məntəqələrində nəqliyyat vasitələrinin yoxlamaya cəlb edilməsi süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir. 

Qeyd edilib ki, Azərbaycan tərəfdə Culfa və Şahtaxtı buraxılış məntəqələrinin infrastrukuturu ən yüksək tələblərə cavab verir, nəqliyyat vasitələrinin sürətli yoxlanılmasına imkan verən rentgen qurğuları ilə təchiz olunub.
 

İranın Culfa və Poldəşt sərhəd-keçid məntəqələri rentgen cihazı ilə təchiz edilmədiyindən yüksək risk qrupuna daxil olan nəqliyyat vasitələrinin buraxılması ehtimalı artır. İran tərəfi yaxın zamanda bu cür qurğuların quraşdırılacağını bildirib.


Eyni zamanda, bəzi hallarda Culfada gecə saatlarında İran tərəfinin fəaliyyət göstərməməsi, Şahtaxtı və Poldəştdə 16 saatlıq iş rejimin olması da buraxılış qabiliyyətinə təsir edən amil kimi qeyd olunub.

Tərəflər qeyd olunan mövzuların qarşılıqlı şəkildə müzakirə edilib, iş saatlarına baxılması məsələsi barədə razılığa gəliblər.

Sadalanan çatışmazlıqlar aradan qaldırılandan sonra günlük bir istiqamətdə Şahtaxtı üzrə 150-200, Culfa üzrə 200-250 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Zelenski Putinin razılaşdığı iddia edilən sülh planını niyə rədd edib? – sensasion araşdırma

Zelenski Putinin razılaşdığı iddia edilən sülh planını niyə rədd edib? – sensasion araşdırma

Brüsseldə etirazçılar küçələrdə barrikadalar qurmağa başlayıblar - VİDEO

Brüsseldə etirazçılar küçələrdə barrikadalar qurmağa başlayıblar - VİDEO

Küçədə 19 yaşlı tələbə qızı döyən şəxs saxlanılıb - VİDEO

Küçədə 19 yaşlı tələbə qızı döyən şəxs saxlanılıb - VİDEO

Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA

Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA

Rusiyada kimya zavodu vurulub - VİDEO

Rusiyada kimya zavodu vurulub - VİDEO

Fransada polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib - VİDEO

Fransada polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib - VİDEO

Qazın qiymətində REKORD – Daha da bahalaşacaq?

Qazın qiymətində REKORD – Daha da bahalaşacaq?

FIFA prezidenti Azərbaycana təşəkkür edib - FOTO

FIFA prezidenti Azərbaycana təşəkkür edib - FOTO

Məşhur türkiyəli müğənni Nev vəfat edib

Məşhur türkiyəli müğənni Nev vəfat edib

Mobil nömrəsini dəyişənlərə XƏBƏRDARLIQ: Bank hesabınız ələ keçirilə bilər

Mobil nömrəsini dəyişənlərə XƏBƏRDARLIQ: Bank hesabınız ələ keçirilə bilər

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

End of content

No more pages to load

RADİO