Bakıda müalicəsi davam edən aviaqəza yaralılarına yeni şəxsiyyət vəsiqələri veriləcək

Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar "ASAN xidmət" göstərilib.

Bizim.Media Report-a istinadən xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) bu barədə məlumat verilib.
 

Bildirilib ki, səyyar xidmət məqsədilə "ASAN xidmət" və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.


Yeni Klinika tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

"Faciə nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik",- Agentlikdən bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
 

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.


Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

32 valideyn övladına görə CƏZALANDIRILDI

32 valideyn övladına görə CƏZALANDIRILDI

İnsan alverinə görə axtarışa verilənlərin gizləndiyi ölkələrin SİYAHISI

İnsan alverinə görə axtarışa verilənlərin gizləndiyi ölkələrin SİYAHISI

Nazirlər və deputatların futbol matçından yadda qalanlar – FOTO

Nazirlər və deputatların futbol matçından yadda qalanlar – FOTO

Dərnəgül dəmir yolu dayanacağında gediş haqqının məbləği AÇIQLANDI

Dərnəgül dəmir yolu dayanacağında gediş haqqının məbləği AÇIQLANDI

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

“Yeməli don”u viral oldu - Video

“Yeməli don”u viral oldu - Video

"Kartdan-karta" ödəniş edənlərə vacib XƏBƏRDARLIQ

"Kartdan-karta" ödəniş edənlərə vacib XƏBƏRDARLIQ

"Ərimin evini kirayə verib, anam verdiyi evdə yaşayırıq"

"Ərimin evini kirayə verib, anam verdiyi evdə yaşayırıq"

“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər

“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər

Pensiyaçılara ŞAD XƏBƏR – Bu üsulla endirim əldə edə biləcəklər – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR – Bu üsulla endirim əldə edə biləcəklər – FOTO

Yuyulanda zəhərə çevrilən qidalar

Yuyulanda zəhərə çevrilən qidalar

Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir

Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir

"Dərnəgül" dəmir yolu dayanacağı İSTİFADƏYƏ VERİLDİ - FOTO

"Dərnəgül" dəmir yolu dayanacağı İSTİFADƏYƏ VERİLDİ - FOTO

Trampdan İrana növbəti hücum XƏBƏRDARLIĞI – FOTO

Trampdan İrana növbəti hücum XƏBƏRDARLIĞI – FOTO

Pensiyalarla bağlı müjdə: artım olacaq – Belə hesablayın

Pensiyalarla bağlı müjdə: artım olacaq – Belə hesablayın

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Hörmüzdə ƏMƏLİYYATLAR BAŞLADI – ABŞ və İrandan qarşılıqlı zərbələr – VİDEO

Hörmüzdə ƏMƏLİYYATLAR BAŞLADI – ABŞ və İrandan qarşılıqlı zərbələr – VİDEO

BİZİM TƏQVİM:Mayın 8-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 8-də baş vermiş tarixi hadisələr

ÇİYƏLƏK haqqında bilmədiyiniz gerçəklər - Çətin həzm olunandır...

ÇİYƏLƏK haqqında bilmədiyiniz gerçəklər - Çətin həzm olunandır...

“Sevdiğim Sensin”dən ayrılır - FOTO

“Sevdiğim Sensin”dən ayrılır - FOTO

“WhatsApp”da qəribə TREND - Bu mesajlar silinir

“WhatsApp”da qəribə TREND - Bu mesajlar silinir

Bakıda yeni xətlənmələr sürücülərdə çaşqınlıq yaratdı - VİDEO

Bakıda yeni xətlənmələr sürücülərdə çaşqınlıq yaratdı - VİDEO

Evlilikdə ən sadiq qalan 3 BÜRC

Evlilikdə ən sadiq qalan 3 BÜRC

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

End of content

No more pages to load

RADİO