Xaçmazda 6 yaşlı uşaq qəzada ölüb. Hadisə Gəndab-Yalama yolunun Xaçmazın Gödəkli kəndindən keçən hissəsində baş verib.
Bizim.Media xəbər verir ki, belə ki, "Ford Tranzit" markalı yük maşını arxadan "KamAZ" markalı maşına toxunub.
Nəticədə avtomaşınların birində olan 6 yaşlı Ramal Vəliyev yerindəcə keçinib.
Qəzanın səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu