ÜST-nin Avropa üzrə regional direktoru COP29-dakı nailiyyətlər barədə məlumatlandırıldı - FOTO

Noyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan-ÜST əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT PA-nın vitse-prezidenti: “İqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməlidir” - FOTO


Ölkəmizin ÜST ilə yaxından əməkdaşlıq etdiyi, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi istiqamətində aparılan birgə fəaliyyətin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Pandemiya dövründə ölkəmizin koronavirusla mübarizə sahəsində beynəlxalq səylərin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi, xüsusilə vaksinlərə əlçatanlığın təmin olunması baxımından təşəbbüslərinin əhəmiyyəti qeyd olunub.

Bu istiqamətdə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması xüsusilə vurğulanıb.

Tibb və sağlamlıq sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin, xüsusilə tibb universitetləri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Azərbaycan və ÜST tərəfindən həyata keçirilən birgə layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə postmünaqişə dövründə psixoloji sağlamlıq xidmətlərinin göstərilməsinə dəstək istiqamətli təşəbbüslərin əhəmiyyətindən bəhs olunub.

Bununla yanaşı, postmünaqişə reabilitasiya dövründə mina təhdidi ilə mübarizə sahəsində səhiyyənin roluna və bu istiqamətdə əməkdaşlığın vacibliyinə vurğu edilib.

Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

COP29-un ilk günündə sessiyanın gündəliyinin təsdiqi, Paris Sazişinin 6.4 və 6.8-ci maddələrinin razılaşdırılması, maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması, habelə İtki və Zərərə cavab verən Fondun fəaliyyət üçün tam hazır olması ilə bağlı qəbul olunan mühüm qərarlar xüsusilə vurğulanıb.

İqlim dəyişikliyi və sağlamlıq mövzuları arasında mövcud üzvi əlaqəni nəzərə alaraq, bu istiqamətdə sədrliyimiz çərçivəsində ÜST ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.


Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

End of content

No more pages to load

RADİO