Bakıdakı Qran-pridə 38 ölkədən 200 idmançı iştirak edəcək

Mayın 25-26-da Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) mətbuat xidmətindən verilən məlumata görə,  AMPK-nin prezidenti və təşkilat komitəsinin sədri İlqar Rəhimov “IBSA Judo Grand-Prix Baku 2021”da 38 ölkədən 200 idmançının iştirak edəcəyini bildirib.

Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 350 nəfər olacaq. 

İlqar Rəhimov yarışlarda mübarizə aparacaq Azərbaycan komandasının da heyətinin müəyyənləşdiyini bildirib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edəcək. Bunlar Orxan Qarayev (60 kq), Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyevdir (+100 kq). 

Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız - Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq) yarışacaqlar. 

Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Braziliya, Yaponiya və Özbəkistan Bakı Qran-Prisinə ən böyük nümayəndə heyətləri ilə qatılacaqlar. 

İlqar Rəhimov “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq cüdo yarışının tərəfdaşları barədə də söz açıb. O qeyd edib ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Qran-Prisinə təşkilati dəstək göstərən qurumlardır.

“BP Azərbaycan” və SOCAR şirkətləri yarışın əsas tərəfdaşlarıdır. “Toyota” və “Unibank” isə yarışların rəsmi tərəfdaşıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

End of content

No more pages to load

RADİO