COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı – FOTO

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb. 

COP29 Əməliyyat Şirkətindən Bizim.Media-ya verilən xəbərə görə, yeni fəaliyyətə başlayan COP29 Məlumat Mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır. 

COP29 Məlumat Mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər. 

Ümumilikdə doqquz məlumat mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir.
 

Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub. 


Qeyd edək ki, məlumat əldə etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən istifadəyə verilmiş *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəstəxanalarda növbə olmayacaq

Xəstəxanalarda növbə olmayacaq

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Azərbaycan XİN Venesuelaya başsağlığı verdi – FOTO

Azərbaycan XİN Venesuelaya başsağlığı verdi – FOTO

Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

ABŞ 7 rusiyalını və 2 Türkiyə şirkətini sanksiya siyahısından çıxardı

ABŞ 7 rusiyalını və 2 Türkiyə şirkətini sanksiya siyahısından çıxardı

Üzeyir Cəfərov: “Piyada keçidlərində eskalator və liftlərin işləməməsi hərəkəti çətinləşdirir”

Üzeyir Cəfərov: “Piyada keçidlərində eskalator və liftlərin işləməməsi hərəkəti çətinləşdirir”

Cavanşir Quliyev: “Süni intellektin hazırladığı musiqilərə müsbət baxıram” – ÖZƏL

Cavanşir Quliyev: “Süni intellektin hazırladığı musiqilərə müsbət baxıram” – ÖZƏL

Kiyev tamamilə qaranlığa qərq oldu – FOTO

Kiyev tamamilə qaranlığa qərq oldu – FOTO

Paşinyandan Aİİ ilə bağlı kəskin bəyanat: "Dağılması qaçılmazdır" - VİDEO

Paşinyandan Aİİ ilə bağlı kəskin bəyanat: "Dağılması qaçılmazdır" - VİDEO

Ukraynanın energetika sektoruna nə qədər pul lazımdır? - Denis Şmıqal rəqəmləri açıqladı

Ukraynanın energetika sektoruna nə qədər pul lazımdır? - Denis Şmıqal rəqəmləri açıqladı

Ufada "Başneft" neft emalı zavodu vuruldu – VİDEO

Ufada "Başneft" neft emalı zavodu vuruldu – VİDEO

Ukraynda hazırlıqlar BAŞLADI - İkinci cəbhə açılır

Ukraynda hazırlıqlar BAŞLADI - İkinci cəbhə açılır

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

İpoteka götürmək istəyənlərin NƏZƏRİNƏ

İpoteka götürmək istəyənlərin NƏZƏRİNƏ

“AzParking”lə bağlı YENİLİK

“AzParking”lə bağlı YENİLİK

Yevlax və Xaçmazdakı qaraçılarla bağlı HESABAT HAZIRLANDI

Yevlax və Xaçmazdakı qaraçılarla bağlı HESABAT HAZIRLANDI

Tramp NATO müttəfiqlərindən gileyləndi: "İspaniya bir qorxu filmidir” – VİDEO

Tramp NATO müttəfiqlərindən gileyləndi: "İspaniya bir qorxu filmidir” – VİDEO

Hövsanda əməliyyat - Külli miqdarda narkotik aşkarlandı - VİDEO

Hövsanda əməliyyat - Külli miqdarda narkotik aşkarlandı - VİDEO

Venesuelada son 126 ilin ən güclü zəlzələsi - DETALLAR - FOTO

Venesuelada son 126 ilin ən güclü zəlzələsi - DETALLAR - FOTO

Şagirdlərin imtahan qorxusu – Stressi yaradan şəxslər KİMDİR?

Şagirdlərin imtahan qorxusu – Stressi yaradan şəxslər KİMDİR?

DYP postunda gərginlik yaradan şəxs həbs edildi – VİDEO

DYP postunda gərginlik yaradan şəxs həbs edildi – VİDEO

End of content

No more pages to load

RADİO