Bakı Təşəbbüs Qrupu Fransanın törətdiyi insan hüquqları pozuntularına dair mətbuat konfransı KEÇİRƏCƏK

Oktyabrın 25-də Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın dənizaşırı ərazilərində baş verən insan hüquqları pozuntularını əks etdirən “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirəcək.

Bizim.Media xəbər verir ki, bu tədbir Fransanın bu günədək əsarət altında saxladığı müstəmləkə ərazilərindəki ciddi insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq dəstək qazanmaq məqsədi daşıyır.

Fransanın bu ərazilərdəki müstəmləkə siyasətinin nəticəsi olaraq yaranan ciddi ekoloji fəlakətlər, mədəni irsin məhv edilməsi, yerli dillərin yoxa çıxması və təhsil hüquqlarının pozulması kimi məsələlər konfransın əsas müzakirə mövzuları olacaq.
 

Hesabat Fransız Polineziyasında nüvə sınaqlarını, Yeni Kaledoniyada nikel istismarını, Martinika və Qvadelupada pestisid qalmaqalı ilə bağlı ətraf mühit hüquqlarının pozulmasını, ekoterroru və Mayotun Fransa tərəfindən işğalının bir sıra nəticələrini əhatə edir. Eyni zamanda, sağlamlıq hüquqlarından məhrum edilmə, təhsil sahəsində ayrı-seçkilik, məlumat əldə etmək, seçki hüquqlarının pozulması, mədəniyyət və din azadlığı ilə bağlı pozuntular da müzakirə olunur.


Üstəlik, Fransanın müstəmləkə altında saxladığı ərazilər haqqında BMT-yə məlumat göndərməsini dayandırması insan haqları pozuntuları ilə bağlı beynəlxalq müzakirələrin də dayanmasına səbəb olub.

Tədbirin əsas iştirakçıları şəxsən bu ərazilərdə baş verən insan haqları pozuntularının şahidi və qurbanlarıdır. Mətbuat konfransında bu şəxslər öz şəxsi hekayələrini və icmalarının qarşılaşdığı çətinlikləri paylaşacaq, Fransanın mədəni və siyasi hegemoniyasına qarşı mübarizələrindən danışacaqlar.

Hesabatda hekayələri işıqlandırılan şəxslər arasında Erik Simoni və “Nazione”, eyni zamanda, Martinika Ədalət Kollektivinin Prezidenti Herve Pintonun 20 ay həbs cəzasına məhkum edilməsi, Yeni Kaledoniya rəsmi şəxslərinin "Fransa bizi siyasi məhbus kimi saxlayır" deməsi, təcavüz iddialarının təsdiqi və digər məsələlər yer alır.

Tədbir BTQ tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Neokolonializm və kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

End of content

No more pages to load

RADİO