Ceyhun Bayramov: “Sülh prosesinin qarşısında duran çağırışlar hələ də qalmaqdadır”

Ceyhun Bayramov: “Sülh prosesinin qarşısında duran çağırışlar hələ də qalmaqdadır”
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbula səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov İstanbulda Zəngəzur dəhlizindən DANIŞDI


Bildirilib ki, görüşdəAzərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib.
 

Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.


C.Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik görülən hazırlıq işləri barədə məlumatlandırıb.

Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO

"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO

Naxçıvanda iki avtomobil toqquşdu: 6 yaralı var - FOTO

Naxçıvanda iki avtomobil toqquşdu: 6 yaralı var - FOTO

XİN-dən Qazaxıstan paylaşımı - FOTO

XİN-dən Qazaxıstan paylaşımı - FOTO

“Mossad” agentlərinin bəziləri hələ də Tehranda yaşayır?

“Mossad” agentlərinin bəziləri hələ də Tehranda yaşayır?

Kəlbəcər və Ordubada qar yağıb

Kəlbəcər və Ordubada qar yağıb

İlham Əliyevdən Tokayevə: “Qazaxıstanın uğurlarına sevinirik”

İlham Əliyevdən Tokayevə: “Qazaxıstanın uğurlarına sevinirik”

Britaniya müharibəyə hazırlaşır

Britaniya müharibəyə hazırlaşır

Bakıda bu gün fasilələrlə yağış yağacaq

Bakıda bu gün fasilələrlə yağış yağacaq

Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – VİDEO

Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – VİDEO

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Tayfun bu ölkədə yüzlərlə insana xəsarət yetirdi

Tayfun bu ölkədə yüzlərlə insana xəsarət yetirdi

Bakıda bu komandalara dəstək aksiyası KEÇİRİLDİ - FOTO

Bakıda bu komandalara dəstək aksiyası KEÇİRİLDİ - FOTO

Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Ər-Riyadda ardıcıl partlayışlar oldu

Ər-Riyadda ardıcıl partlayışlar oldu

İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı - VİDEO

İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı - VİDEO

Salyanda evə ildırım düşdü - FOTO/VİDEO

Salyanda evə ildırım düşdü - FOTO/VİDEO

Bakıda çoxdan gözlənilən premyera baş tutdu - FOTO

Bakıda çoxdan gözlənilən premyera baş tutdu - FOTO

Bolqarıstanda prezident seçkiləri keçirilir

Bolqarıstanda prezident seçkiləri keçirilir

Trampdan İDDİA: Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək?

Trampdan İDDİA: Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək?

Xəzər dayazlaşdı - Dağıstanın ərazisi genişləndi

Xəzər dayazlaşdı - Dağıstanın ərazisi genişləndi

Xırdalanda avtomobil aşdı, sürücü xəsarət aldı- VİDEO

Xırdalanda avtomobil aşdı, sürücü xəsarət aldı- VİDEO

"Sabah" bu gün "Qarabağ"ı sınağa çəkəcək

"Sabah" bu gün "Qarabağ"ı sınağa çəkəcək

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

ABŞ-da atışma: 12 yaralı var

ABŞ-da atışma: 12 yaralı var

End of content

No more pages to load

RADİO