Milli Müdafiə Universitetində istedadlı gənc əsgərlərlə görüş keçirildi - FOTO

Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə xidmət edən yüksək intellektə malik istedadlı gənc əsgərlərlə görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbər heyəti, İntellektual qabiliyyətli bölmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və onların valideynlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər hərbi xidmətkeçmə ilə bağlı tətbiq olunan yeni konsepsiya ilə bağlı ətraflı məlumat verib.
 

Qeyd olunub ki, yeni yaradılan konsepsiyaya əsasən təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə, hərbi xidmətdə olan istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrin tərkibində öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaqla hərbi xidmətlərini davam etdirəcəklər.


Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti adından çıxış edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu onlar üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib və bu bölmələrdə xidmət etməklə öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanacaqlarını əminliklə qeyd edib.

Ali təhsil müəssisələrində öyrəndikləri bilikləri xidmət müddətində praktiki icra etməklə daha da təkmilləşdirəcəklərinə və Vətənə faydalı olacaqlarına söz verib.

Hərbi qulluqçuların ailə üzvləri çıxışlarında ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində gənclərin fərdi inkişafı naminə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından bütün ixtisaslar üzrə 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

““Kral” olmasaydı, ayılar məni yeyəcəkdi” – FOTO

““Kral” olmasaydı, ayılar məni yeyəcəkdi” – FOTO

AFFA-dan komandalara yarım milyonluq CƏRİMƏ – Ən çox cəza alan hansı KLUBDUR? - İNFOQRAFİKA

AFFA-dan komandalara yarım milyonluq CƏRİMƏ – Ən çox cəza alan hansı KLUBDUR? - İNFOQRAFİKA

Netanyahunun ABŞ-dan İranla bağlı tələbi ÜZƏ ÇIXDI

Netanyahunun ABŞ-dan İranla bağlı tələbi ÜZƏ ÇIXDI

Yer kürəsinin qaranlıq nöqtələri: Elm bu tapmacaları hələ də həll edə bilmir

Yer kürəsinin qaranlıq nöqtələri: Elm bu tapmacaları hələ də həll edə bilmir

Prezident və birinci xanım Cəbrayılın Şükürbəyli kəndində– FOTO

Prezident və birinci xanım Cəbrayılın Şükürbəyli kəndində– FOTO

Şokolada duz səpəndə nə baş verir?

Şokolada duz səpəndə nə baş verir?

Dollarla bağlı kritik vəziyyət: Əvvəl ucuzlaşacaq, sonra...

Dollarla bağlı kritik vəziyyət: Əvvəl ucuzlaşacaq, sonra...

Heç bir çətinlik onları qorxuda bilməz – Ən əzmkar BÜRCLƏR

Heç bir çətinlik onları qorxuda bilməz – Ən əzmkar BÜRCLƏR

Zaur Kamalın oğlu veriliş aparmağa başladı

Zaur Kamalın oğlu veriliş aparmağa başladı

Təbii qaz ehtiyatlarına görə dünyanın 10 lider ölkəsi - Siyahı

Təbii qaz ehtiyatlarına görə dünyanın 10 lider ölkəsi - Siyahı

Suraxanıda ƏMƏLİYYAT – Külli miqdarda narkotik belə aşkarlandı – VİDEO

Suraxanıda ƏMƏLİYYAT – Külli miqdarda narkotik belə aşkarlandı – VİDEO

Uşaqlarına görə dalaşan valideynlər arasındakı bıçaqlanmanın- Təfərrüatı

Uşaqlarına görə dalaşan valideynlər arasındakı bıçaqlanmanın- Təfərrüatı

Temperatur daha da YÜKSƏLƏCƏK

Temperatur daha da YÜKSƏLƏCƏK

550 milyonluq sərvətindən övladlarına bir qəpik də QALMAYACAQ

550 milyonluq sərvətindən övladlarına bir qəpik də QALMAYACAQ

İsraildən XƏBƏRDARLIQ – Dərhal bu əraziləri tərk edin

İsraildən XƏBƏRDARLIQ – Dərhal bu əraziləri tərk edin

Özünü vəkil kimi təqdim edib, vətəndaşın pullarını ƏLƏ KEÇİRDİ

Özünü vəkil kimi təqdim edib, vətəndaşın pullarını ƏLƏ KEÇİRDİ

Prezidentin Meloni ilə görüşündən əvvəl son hazırlıq işləri belə aparılıb – VİDEO

Prezidentin Meloni ilə görüşündən əvvəl son hazırlıq işləri belə aparılıb – VİDEO

Ermənistan “iki od arasında” – İrəvan üçün kritik 30 GÜN

Ermənistan “iki od arasında” – İrəvan üçün kritik 30 GÜN

Qız nişanı qaytardı, ailələr küçə döyüşünə çıxdılar – ANBAAN VİDEO

Qız nişanı qaytardı, ailələr küçə döyüşünə çıxdılar – ANBAAN VİDEO

Səbuhi Qasımov İspaniyada vəfat etdi

Səbuhi Qasımov İspaniyada vəfat etdi

Mahir Emreli oynadı, komandası qələbə qazandı

Mahir Emreli oynadı, komandası qələbə qazandı

Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi- Foto

Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi- Foto

Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

Dünyanın ən ləzzətli çörəkləri bu ölkələrdəymiş - FOTO

Dünyanın ən ləzzətli çörəkləri bu ölkələrdəymiş - FOTO

End of content

No more pages to load

RADİO