Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

“Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik. Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində bildirib.

Ayxan Hacızadə bildirib ki, sözügedən sənədlərdə və səslənən fikirlərdə ölkəmizə münasibətdə törədilmiş hərbi işğalın və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının tamamilə gözardı edilməsi təəssüf doğurur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur.

Qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir. Həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyini bir daha xatırlatmaq istərdik.

Ayxan Hacızadə həmçinin qeyd edib ki, Niderland tərəfinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur.

Diplomat Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

End of content

No more pages to load

RADİO