“Parkovka”da ÖZBAŞINALIQ – Sürücüləri qanunsuz cərimə edən kimlərdir?

Avtomobillərin park olunması və dayanma-durma qaydalarının pozulması məsələsi illərdir həllini tapmır. “Parkovka” sahəsindəki anlaşılmazlıq və özbaşınalıq sürücüləri əməlli-başlı təngə gətirib. Paytaxın bir çox ərazilərində “parkinq” ə görə sürücülərdən qanunsuz pul tələb olunur.

Ödəniş etməyəndə isə onlara hədə qorxu gəlinir. Sürücülərdən pul tələb edən şəxslərin hansı qurumu təmsil etdikləri, yığılan məbləğin kimin cibinə getdiyi məlum deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il icrasına 6 milyon pul xərclənən PARKLAMA - “BNA 4 ildir qayda yarada bilmir, cərimə isə var”


İllərdir bu proses davam edir. Müvafiq qurumlar isə məsələ ilə bağlı vəzifə və icra etdikləri iş mexanizmlərindən əsaslandırmalar gətirirlər. Bəzən Bakı Nəqliyyat Agentliyinin (BNA) cərimə protokollarının qanunsuz tərtib edildiyi də iddia olunur.

Dayanma və durmanın qadağan edilmədiyi yerlərdə isə sürücülərdən əsassız yerə pul tələb olunması ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. 

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan avtobus dayanacaqlarını, habelə park və taksi dayanacaqlarının səlahiyyətlərini Bakı Nəqliyyat Agentliyinə ötürüb.

Fərmana əsasən Agentliyə parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılıb.

BNA tərəfindən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılıb. Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında da həmin sərəncamı xatırladıb. O, deyib ki, hazırda onların balansında heç bir yerüstü və ya yeraltı dayanacaq yoxdur:

“2018-ci ildə bütün yeraltı və yerüstü dayanacaqlar Bakı Nəqliyyat Agentliyinə verilib. Bakı İcra Hakimiyyətinə heç bir dayanacaq aid deyil”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin sözlərinə görə isə onlara yalnız “Hökumət evi”nin yaxınlığındakı və Qış Parkının altında yerləşən yeraltı dayanacaqlar aiddir:
“Hər bir sürücü hərəkətini yol nişanlarının tələbinə uyğun tənzimləməlidir.

Əgər ərazidə dayanma və durmaya icazə verən, parklanma olduğunu bildirən müvafiq yol nişanı varsa, sürücü həmin ərazidə park edə bilər. Bunun üçün kiməsə müəyyən məbləğdə vəsait ödənilməsinə ehtiyac yoxdur. Kimlərinsə gəlib qanuni parklanma yerlərində sürücüdən vəsait tələb etməsi qanun pozuntusudur.

Dəfələlərlə demişik, yenə deyirik, tam qanunsuzdur. Biz də bu məsələdən ciddi narahatıq. Qanunsuz olaraq parklanmaya görə vətəndaşlarımızdan vəsait toplayırlar. Təbii ki, bunu araşdırmaq və hüquqi qiymət vermək bizim səlahiyyətimizə aid olmayan bir məsələdir. Çoxsaylı şikayətlər bizə də gəlir. Əlbəttə ki, bu hallarla bağlı müvafiq qurumlara məsələnin araşdırılması üçün müraciət etmişik”.

Qurum rəsmisinin sözlərinə görə küçədən kənar yeraltı və çoxmərtəbəli parklanma yerləri Bakı Nəqliyyat Agentliyinin idarəetməsində deyil:

“Onlara müxtəlif özəl şirkətlər nəzarət edir. Bir məqama diqqət edin. Yalnız küçə parklanma yerlərinin tarifləri müəyyənləşməyib. Təkliflər verilib, amma Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Yəni hazırda küçə parklanma yerlərindən istifadə pulsuzdur. Küçədən kənar, məsələn,  Dəmiryol Vağzalının qarşısındakı parklanma yerinin qiymətini və nəzarətini özəl şirkət müəyyən edir”.

Paklanma ilə bağlı başqa bir problem də var. Bəzi sürücülərin şikayətlərinə görə yaşadıqları binanın ərazisində avtomobillərini park etmək üçün yer tapmırlar. Ərazidə hansısa bir yerdə park edəndə isə cərimələnirlər. 

Mais Ağayev bu məsələyə də toxunub. O, deyib ki, şəxs ev aldığı şirkətdən avtomobilinə parklanma yeri verməsini tələb etməlidir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

Biləsuvarda 17 yaşlı qızın meyiti TAPILDI

Biləsuvarda 17 yaşlı qızın meyiti TAPILDI

Leyla Əliyeva Səmərqənddə uşaq reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Səmərqənddə uşaq reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə tanış oldu - FOTO

Dünyada minlərlə sayt sıradan çıxa bilər - XƏBƏRDARLIQ

Dünyada minlərlə sayt sıradan çıxa bilər - XƏBƏRDARLIQ

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

25 il əvvəl törədilmiş qətlin üstü açıldı - 50 yaşlı kişi saxlanıldı

25 il əvvəl törədilmiş qətlin üstü açıldı - 50 yaşlı kişi saxlanıldı

Hər gün yeyib köpdüyümüz zavod ÇÖRƏYİ – Azərbaycandan başqa bütün postsovet ölkələri imtina edib

Hər gün yeyib köpdüyümüz zavod ÇÖRƏYİ – Azərbaycandan başqa bütün postsovet ölkələri imtina edib

Aİ “Starlink”in Ukraynada tam bərpasını TƏLƏB ETDİ

Aİ “Starlink”in Ukraynada tam bərpasını TƏLƏB ETDİ

Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ

Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR

Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR

Paytaxtın 25 istiqamətində TIXAC VAR

Paytaxtın 25 istiqamətində TIXAC VAR

Ukrayna ilə bağlı üçtərəfli danışıqlar bu tarixdə Əbu-Dabidə KEÇİRİLƏCƏK

Ukrayna ilə bağlı üçtərəfli danışıqlar bu tarixdə Əbu-Dabidə KEÇİRİLƏCƏK

Mirzoyan: ““Tramp marşrutu” ilə bu yüklər daşınmayacaq”

Mirzoyan: ““Tramp marşrutu” ilə bu yüklər daşınmayacaq”

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO

Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

Aİ-nin planına ZİDD ADDIM: Slovakiya 4 il sonra Rusiya ilə masaya oturur

Aİ-nin planına ZİDD ADDIM: Slovakiya 4 il sonra Rusiya ilə masaya oturur

26 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü

26 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü

İki avtobusun hərəkəti DƏYİŞDİRİLDİ

İki avtobusun hərəkəti DƏYİŞDİRİLDİ

General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”

General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”

End of content

No more pages to load

RADİO