Mətbuat Şurasının seçkilərlə bağlı "qaynar xətti"nə heç bir müraciət daxil olmayıb

Mətbuat Şurasının Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “qaynar xətt”i fəaliyyətini başa vurub. 

Bizim.Media xəbər verir ki, gün ərzində səsvermə prosesini işıqlandıran media subyektlərinin təmsilçilərindən MŞ-nin bu rejimdə işləmiş (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələrinə heç bir zəng daxil olmayıb. Qeyd edək ki, “qaynar xətt” rejimi səsvermənin başlandığı 08.00-dan başa çatdığı 19.00-dək jurnalistlərin ixtiyarında olub.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. 

MŞ sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, MŞ sədrinin müavinləri Səadət Məmmədova 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, Vüqar Zifəroğlu 17 saylı Yasamal 3-cü seçki dairəsinin 18 saylı məntəqəsində, İH üzvləri - Əflatun Amaşov 21 saylı Birinci Nəsimi seçki dairəsinin 17 saylı məntəqəsində, Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 saylı məntəqəsində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Müşfiq Ələsgərli həmin dairənin 23 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aqil Ələsgər 70 saylı Neftçala seçki dairəsinin müxtəlif məntəqələrində prosesi izləyiblər. 

Onlar hansısa pozuntu faktı aşkarlamayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Əli Cavadlı Avropa çempionu oldu

Əli Cavadlı Avropa çempionu oldu

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO

Gümüşün qiyməti sürətlə bahalaşır...

Gümüşün qiyməti sürətlə bahalaşır...

Rütte şikayətləndi: Putin qaydalarla oynamır...

Rütte şikayətləndi: Putin qaydalarla oynamır...

ABŞ Konqresi "Qızıl Günbəz" raketdən müdafiə sisteminin dəyərini AÇIQLADI

ABŞ Konqresi "Qızıl Günbəz" raketdən müdafiə sisteminin dəyərini AÇIQLADI

7 karateçimiz Avropa çempionu oldu

7 karateçimiz Avropa çempionu oldu

Röya Ayxanın "YouTube"dan silinən mahnısı geti QAYTARILDI - VİDEO

Röya Ayxanın "YouTube"dan silinən mahnısı geti QAYTARILDI - VİDEO

Abbas Əraqçi: Küveyt gəmimizə hücum edib

Abbas Əraqçi: Küveyt gəmimizə hücum edib

Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı

Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı

ADY sədri: Sərnişin daşımalarında günlük hədəfimiz 200 min nəfərdir - VİDEO

ADY sədri: Sərnişin daşımalarında günlük hədəfimiz 200 min nəfərdir - VİDEO

Moskvada dron hücumlarının foto və videolarını yaymaq QADAĞAN olundu

Moskvada dron hücumlarının foto və videolarını yaymaq QADAĞAN olundu

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Göyçayda qadını ilan sancdı - reanimasiyadadır

Göyçayda qadını ilan sancdı - reanimasiyadadır

İranın Xarq adasındakı neft çənləri DAŞMAQ üzrədir

İranın Xarq adasındakı neft çənləri DAŞMAQ üzrədir

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

End of content

No more pages to load

RADİO