Növbədənkənar parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı KEÇİRİLDİ

Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirib.

Bizim.Media  xəbər verir ki, yerli və xarici media subyektlərinin nümayəndələri tərəfindən operativ şəkildə işıqlandırılan mətbuat konfransında Milli Məclisə seçkilərə son hazırlıq işləri barədə yekun statistik göstəricilər təqdim olunub və məlumatlar verilib.

Tədbirdə çıxış edən Məzahir Pənahov bildirib ki, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi MSK ilk gündən növbədənkənar parlament seçkilərini Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun təşkil etməyə çalışıb.

“Atdığımız bütün addımlar şəffaf şəkildə həyata keçirilib, media nümayəndələri də prosesləri müşahidə ediblər. Beynəlxalq qurumların müşahidə missiyaları, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) artıq avqustun əvvəllərindən Azərbaycandadır. ATƏT DTİHB bölgələrdə geniş şəkildə fəaliyyət göstərib. Həmçinin onların nümayəndələri MSK-nın iclaslarında da iştirak ediblər”, - deyə MSK sədri əlavə edib.

O, Milli Məclisdə 125 deputat yerinin və buna görə də ölkədə eyni sayda seçki dairəsinin olduğunu diqqətə çatdıraraq qeyd edib: “Ölkə üzrə ümumi seçicilərimizin sayı 6 milyon 421 min 960 nəfərdir. Daimi seçici siyahısı üzrə olan seçicilərin sayı 6 milyon 308 min 851, müvəqqəti seçicilərin sayı isə 113 min 109 nəfərdir. Daimi seçicilərin 47,57 faizi kişi, 52,43 faizi isə qadındır. Ən çox seçici 30-39 yaş aralığındadır. Onlar seçicilərin 23,64 faizini təşkil edirlər. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 51 min 141 nəfərdir”.

Bildirib ki, seçicilərimizin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün bütün şərait yaradılıb. Milli Məclisə seçkilər 6478 seçki məntəqəsində keçiriləcək.

Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir. Müvəqqəti məntəqələr səsverməyə 5 gün qalmış yaradılıb. Bütün seçki məntəqələri şəffaf fəaliyyət göstərir, müşahidəçilər prosesləri sərbəst müşahidə etmək imkanına malikdirlər. Lakin müşahidə aparmaq baxımından müvəqqəti məntəqələrin öz daxili qanunları mövcuddur ki, onlar gözlənilməlidir. Daimi məntəqələrdə isə müşahidəçilər üçün bütün qaydalar Seçki Məcəlləsinə əsasən tətbiq olunacaq.

Azərbaycan nadir ölkələrdəndir ki, 125 dairə seçki komissiyasının təqribən 80-i üçün yeni binalar tikilib. Ümumilikdə isə DSK-ların binaları yüksək keyfiyyətdədir və müasir tələblərə cavab verir. Bu gün ölkədəki bütün dairə seçki komissiyalarında seçki fəaliyyətini həyata keçirmək üçün maksimum şərait yaradılıb.

Seçkilərlə əlaqədar yaradılan 125 dairənin 10-nun məcburi köçkün dairələri olduğunu vurğulayan MSK sədri deyib ki, Milli Məclisə seçkilərdə 397 min 862 məcburi köçkün 574 məntəqədə səs verə biləcək.

M.Pənahov, eyni zamanda, bildirib ki, ən yaşlı qadın seçici 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızının 134 yaşı var. O, 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatdadır. Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsində seçici siyahısındadır. MSK sədri parlament seçkilərində deputat mandatı uğrunda 990 namizədin mübarizə aparacağını deyib. Diqqətə çatdırıb ki, deputatlığa namizədlərdən 305 nəfərinin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. Cəmiyyətin müxtəlif təbəqələri seçkilərdə iştirak baxımından fəallıq nümayiş etdirirlər. Hər dairəyə 7-dən çox namizəd düşür. Bu da geniş seçim imkanının olduğunu deməyə imkan verir.

M.Pənahov qeyd edib ki, parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 65 minə yaxını 24 siyasi partiyanın müşahidəçiləridir. Eyni zamanda, seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunub.

“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə hər zaman əməkdaşlıq edirik. Onlar yekunda ATƏT Parlament Assambleyası ilə bir yerdə hesabatla çıxış edirlər”, - deyən Komissiya sədri diqqətə çatdırıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 227 nəfər, ATƏT Parlament Assambleyasından 61 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Onun sözlərinə görə, parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, "Tərəqqi" sosial tədqiqatlar ictimai birliyi və “Sosioloji Tədqiqatlar Mərkəzi” qeydə alınıb. Onlardan ikisi öz fəaliyyətini xarici partnyorları ilə birgə qurublar. Bu təşkilatlar geniş imkanlara malikdir. Təşkilatlar 2500-dən artıq məntəqədə öz fəaliyyətlərini həyata keçirəcəklər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

End of content

No more pages to load

RADİO