Paytaxtda fərdi qaydada "tibbi xidmət" göstərən maşınlar peyda oldu - FOTO

Bakıda fərdi şəkildə təcili tibbi yardımla məşğul olan şəxslər peyda olublar. Onların istifadəsində xüsusi maşınlar da var.

Bizim.Media xəbər verir ki, unikal-a vətəndaşlardan daxil olan məlumata görə, bu maşınlarla xəstələrə təcili tibbi yardım göstərilir və ehtiyac duyulduqda tibb müəssisələrinə çatdırılır. Maraqlısı budur ki, bu şəxsi "tibbi yardım maşınlarına" xüsusi dövlət nömrə nişanları alınıb və müvafiq işıq və səs siqnalları ilə təmin olunub, amma bu maşınlar dövlət xəstəxanasına və ya özəl klinikaya bağlı deyil.

Məlumatda həmçinin qeyd edilir ki, bu maşınlar Azərbaycana yaxınlarda gətirilib və Bakı küçələrində günün istənilən vaxtı sərbəst şəkildə hərəkət edir.

Əhali dövlət tərəfindən maliyyələşdirilən təcili və təxirəsalınmaz tibbi yardımın səviyyəsindən narazıdır. Vətəndaşlar vaxtında reaksiya verilməməsi və düzgün tibbi müdaxilə edilməməsindən şikayətlənirlər. Özəl klinikaların ödənişli təcili tibbi yardımı isə əksəriyyətin maddi imkanları ilə üst-üstə düşmür.

Görünür, kimlərsə bu vəziyyətdən faydalanaraq fərdi şəkildə qanunvericiliklə müəyyən edilməyən şəkildə tibbi yardım təklif etməyə qərar verib. Bu şəxslərin sağlamlığı təhlükə altına düşən vətəndaşlara hansı tibbi xidmətləri göstərdiyi sual doğurur.

Əgər bu məlumatlar doğru olsa, Səhiyyə Nazirliyinin məsələdən xəbərsizliyi təəccüb doğurur. Nazirlik səhiyyə sektoruna nəzarəti itirmiş kimi görünür. Hətta apteklərdə qan təzyiqinin ölçülməsi qadağan olunduğu halda, fərdi tibbi yardım fəaliyyətinin qanunvericiliklə tənzimlənmədiyi görünür.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi səs və ya işıq siqnalları ilə təchiz edilməsi halları aşkarlandıqda, DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilir və məhkəməyə göndərilir.

Bu maddənin sanksiyasında alət və ya inzibati xətanın obyekti olmuş predmet müsadirə edilməklə beş yüz manatdan səkkiz yüz manatadək cərimə nəzərdə tutulub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, belə nəqliyyat vasitələrində tibbi yardımın göstərilməsi ilə bağlı fakt aşkarlandıqda, aidiyyəti üzrə müraciət olunması tövsiyə olunur. Nəqliyyat vasitəsi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aid olduğu halda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, özəl tibb müəssisəsinə aid olduğu halda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə, heç bir quruma aidiyyəti olmadığı halda isə hüquq mühafizə orqanlarına müraciət vacibdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azov dənizində həlak olan kapitan köməkçisi DƏFN EDİLDİ - FOTO

Azov dənizində həlak olan kapitan köməkçisi DƏFN EDİLDİ - FOTO

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Sabah bu 10 kənddə qaz olmayacaq

Sabah bu 10 kənddə qaz olmayacaq

Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı

DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Lazada sürüşmə oldu

Lazada sürüşmə oldu

Dələduzların ən çox istifadə etdiyi hiylələr AÇIQLANDI

Dələduzların ən çox istifadə etdiyi hiylələr AÇIQLANDI

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Yanğında xəsarət olan 3 yaşlı uşaq VƏFAT ETDİ

Yanğında xəsarət olan 3 yaşlı uşaq VƏFAT ETDİ

Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”

Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”

Bu il 116 550 şagird məzun olur

Bu il 116 550 şagird məzun olur

Hikmət Hacıyev Marek Estok ilə görüşdü – VİDEO

Hikmət Hacıyev Marek Estok ilə görüşdü – VİDEO

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

SON DƏQİQƏ! Rusiya Ermənistandan məhsul idxalı və tranzitini QADAĞAN EDƏCƏK

SON DƏQİQƏ! Rusiya Ermənistandan məhsul idxalı və tranzitini QADAĞAN EDƏCƏK

Baş nazir iclas keçirdi - FOTO

Baş nazir iclas keçirdi - FOTO

Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Estoniya hərbçiləri Rusiya ilə sərhəddə daha 10 kilometrlik xəndək qazdılar

Estoniya hərbçiləri Rusiya ilə sərhəddə daha 10 kilometrlik xəndək qazdılar

Vüsalə “Space TV”də işə başladı

Vüsalə “Space TV”də işə başladı

Bill Qeyts Konqresdə şok ifadə verdi: "Epşteyn məni xəyanətlərimlə şantaj edirdi"

Bill Qeyts Konqresdə şok ifadə verdi: "Epşteyn məni xəyanətlərimlə şantaj edirdi"

II və III qruplar üzrə qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

II və III qruplar üzrə qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

ABŞ zərbəsindən sonra itkin düşən hindistanlı dənizçilərin cəsədləri tapıldı

ABŞ zərbəsindən sonra itkin düşən hindistanlı dənizçilərin cəsədləri tapıldı

End of content

No more pages to load

RADİO