Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Son vaxtlar bəzi media subyektlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) ünvanına yollayışların verilməsi ilə bağlı həqiqətə uyğun olmayan və qərəzli iddialar səsləndirilir. Bu da çoxsaylı üzvləri birləşdirən AHİK-in nüfuzuna xələl gətirməklə yanaşı, həmkarlar ittifaqları üzvlərinin haqlı narazılığına səbəb olur.

Bu barədə Bizim.Media-ya AHİK-dən məlumat verilib.

“Vurğulamaq istərdik ki, AHİK olaraq missiyamız ilk növbədə həmkarlar ittifaqları üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin edilməsi, işçilərin maarifləndirilməsi, üzvlərə sosial-iqtisadi dəstəyin göstərilməsi, bilik və bacarıqlarının artırılması, sağlamlığının qorunmasının səmərəli təşkilidir.

Qeyd edək ki, Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, AHİK-in Nizamnaməsi, sosial tərəfdaşlıq, məşğulluq, sosial müdafiə və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktlarla tənzimlənir.

Son günlər mediada yollayışların verilməsi ilə bağlı səslənən əsassız fikirlərə gəlincə isə bildiririk ki, yollayışların verilməsi prosesi Azərbaycan Respublikasının “Sosial sığorta haqqında”
 

Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta vəsaiti hesabına sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsi, istifadəsi və uçotunun aparılması Qaydaları”na əsasən tənzimlənir və yollayış verilərkən qanunvericiliyin tələbləri əsas götürülür.


Bu tələblərə görə, güzəştli yollayış veriləcək şəxslər həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmalıdır. Həmin şəxslər yollayışları dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər.

Təhlillər göstərir ki, qanunvericiliyin uyğunlaşdırılması nəticəsində il ərzində əlavə olaraq 32 mindən çox vətəndaşımızın yollayışdan istifadə imkanı yaranıb. Bununla da həyata keçirilmiş hüquqi uyğunlaşdırmalar güzəştli yollayışlardan istifadə hüququ olan şəxslərin yollayışlara əlçatanlığının, şəffaflığın və ünvanlığın artırılmasına, daha çox şəxsin bu imkanlardan yararlanmasına şərait yaradıb.

Məlumat üçün bildiririk ki, həmin qaydalara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 №-li Qərarı ilə edilmiş dəyişikliklərə əsasən, yollayışlardan güzəştli istifadə hüququ müraciətçilərin ailə üzvlərinə, o cümlədən uşaqlarına şamil olunmur. Bununla belə Baş Kollektiv Sazişdən irəli gələn sosial öhdəliklərə uyğun olaraq, AHİK-in təşəbbüsü əsasında sağlamlıq mərkəzləri ilə bağlanmış müqavilələr çərçivəsində 12 yaşadək iki uşağın ödənişsiz əsasda qonaqlanması və qidalanması təmin olunur.
 

Eyni zamanda ödənişsiz yollayış almaq hüququ olanları ehtiva edən kateqoriyalar 3-dən 11-ə çatdırılıb. Bu isə dövlətimizin həyata keçirdiyi sosial siyasətə uyğun olaraq, həssas qrupa aid olan daha çox vətəndaşın sosial qayğı ilə əhatə olunması deməkdir.


Hesab edirik ki, bəzi media subyektlərində yayımlanan və reallığı əks etdirməyən iddialar həmkarlar ittifaqları təşkilatları haqqında əsassız və mənfi rəy formalaşdırmağa xidmət edir.
İşgüzar imicə ictimai zərər vurmağa hədəflənən bu cür məlumatlar media etikası, obyektivlik, qərəzsizlik və məsuliyyət prinsiplərinə uyğun gəlmir, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə ziddiyyət təşkil edir.

Media nümayəndələrini jurnalist etikasına əməl etməyə, məlumatları yaymamışdan əvvəl aidiyyəti üzrə dəqiqləşdirməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO