Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin apardığı monitorinq zamanı istifadəçiləri aldadaraq onların kompüterlərində zərərli əmrlərin icra edilməsinə yönələn saxta “CAPTCHA” səhifələrinin yayıldığı aşkar olunub.

Bu barədə Bizim.Media-ya Milli Kibertəhlükəsizlik Agentliyindən məlumat verilib.

Bildirilib ki, kibercinayətkarlar əvvəlcə legitim internet resurslarını ələ keçirərək həmin saytlar üzərində saxta “CAPTCHA” səhifələri yerləşdirirlər. İstifadəçilər sayta daxil olduqda təqdim edilən yoxlamanı həqiqi hesab edir və onlardan “robot olmadıqlarını təsdiqləmək” məqsədilə “Windows + R”, “Ctrl + V” və “Enter” düymə kombinasiyalarının icrası tələb olunur. Nəticədə istifadəçinin cihazında zərərli əmr işə düşür və sistem komprometasiya oluna bilər.

Belə hallarda istifadəçi fərqinə varmadan zərərli kodu öz əli ilə işə salmış olur ki, bu da cihaza zərərli proqramın yüklənməsinə və fərdi məlumatların oğurlanmasına gətirib çıxarır.

Milli Kibertəhlükəsizlik Agentliyi bildirir ki, həqiqi “CAPTCHA” yoxlamaları heç vaxt istifadəçidən hər hansı əmrin icrasını, “Run” pəncərəsinin açılmasını və ya mətnin sistemə yapışdırılmasını tələb etmir.

Bununla əlaqədar vətəndaşlara “CAPTCHA” yoxlaması adı altında təqdim olunan əmrləri diqqətlə nəzərdən keçirmək, əməliyyat sistemini və antivirus proqramlarını mütəmadi yeniləmək, həmçinin naməlum mənbələrdən gələn keçid və yönləndirmələrə qarşı ehtiyatlı davranmaq tövsiyə edilir.

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları kibertəhlükələrə qarşı ayıq olmağa və şübhəli hallarla qarşılaşdıqda dərhal müvafiq qurumlara məlumat verməyə çağırır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO