Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın bu səsvermədə ən yaşlı seçicisi 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır.
Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsində qeydiyyatdadır. O, Lənkəranın Digah kəndində yaşayır.
Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsinin 37 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.


Bizim.Media