Övlad dünyaya gətirən qadınları canından edən həkim ÖLDÜ

2018-ci ildə Şəkidə qeysəriyyə əməliyyatından sonra 31 yaşlı Türkan Məmmədovanın vəfatına görə barəsində cinayət işi açılmış və həbs edilmiş ginekoloq, Şəki Regional Perinatal Mərkəzinin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova vəfat edib.

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, həmin vaxt Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 311 (rüşvət alma) maddələri ilə təqsirləndirilmiş həkim 64 yaşında dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etməsi bildirilib.

Həmçinin qeyd edilib ki, Saniyə Məmmədovanın barəsindəki 6 illik həbs cəzası sonradan dəyişdirilib və o, vaxtından tez azadlığa buraxılıb. Bundan sonra o, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində həkim-mama-ginekoloq olaraq işləməyə davam edib.
 

Xatırladaq ki, 2018-ci il mart ayının 28-də Şəki Şəhər Regional Perinatal Mərkəzində xəstə Məmmədova Türkan İlham qızı qeysəriyyə əməliyyatı zamanı çoxlu qan itirməsi nəticəsində 3 gün sonra dünyasını dəyişib. 1987-ci il təvəllüdlü Türkan Məmmədova mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda, mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova tərəfindən əməliyyat olunub.


Əməliyyatdan bir müddət sonra xəstədə qanaxma baş verib, əməliyyat zamanı xəstənin damarı zədələnib.

O, qanaxması dayanmadığına görə yenidən əməliyyata alınıb. Daha sonra Bakıdan həkim briqadası gəlib və xəstə üçüncü dəfə əməliyyat olunub. Ancaq bu əməliyyatın da bir faydası olmayıb. İstintaqla sübut olunub ki, Türkan Məmmədova həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Həmçinin müəyyən olunub ki, bu, Saniyə Məmmədovanın ölümlə nəticələnən birinci əməliyyatı deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

Dünyanın neft paytaxtı Bakı: Qədim şəhərsalma ənənələrindən müasir urbanistik inkişaf modelinə doğru - ARAŞDIRMA

Dünyanın neft paytaxtı Bakı: Qədim şəhərsalma ənənələrindən müasir urbanistik inkişaf modelinə doğru - ARAŞDIRMA

İspaniya 9 mindən çox Ukrayna əsgərinə təlim keçib

İspaniya 9 mindən çox Ukrayna əsgərinə təlim keçib

7 dəfə ərə gedən Seda Sayandan evlənmək istəyənlərə MƏSLƏHƏT

7 dəfə ərə gedən Seda Sayandan evlənmək istəyənlərə MƏSLƏHƏT

Sibiqа Ukraynanın sülh danışıqlarındakı "qırmızı xətlərini" SADALADI

Sibiqа Ukraynanın sülh danışıqlarındakı "qırmızı xətlərini" SADALADI

Bakıda bu şagirdlər 14 gün məktəbə GETMƏYƏCƏKLƏR

Bakıda bu şagirdlər 14 gün məktəbə GETMƏYƏCƏKLƏR

İran müharibəsi ABŞ-a neçəyə başa gəlib? - Pentaqon AÇIQLADI

İran müharibəsi ABŞ-a neçəyə başa gəlib? - Pentaqon AÇIQLADI

Tiktoker "Eliş"ə hökm oxundu

Tiktoker "Eliş"ə hökm oxundu

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - FOTO

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - FOTO

Göyçayda QƏTL: arvadını qısqanıb öldürdü - VİDEO

Göyçayda QƏTL: arvadını qısqanıb öldürdü - VİDEO

End of content

No more pages to load

RADİO