İqlim dəyişikliklərinin kənd təsərrüfatına TƏSİRİ – Bununla necə mübarizə APARILMALIDIR?

Azərbaycanda son dönəmlər susuzluq problemi gündəmdədir. Tez-tez yağış yağdığını, sel hadisələri baş verdiyini eşitsək də, paytaxtda içməli su problemi bitmir. Hətta suvarma suyu ilə bağlı da çətinliklər var. Bu, əsasən də kənd təsərrüfatına təsir edir. Bəzən quraqlıqdan əkin sahələri quruyur, bəzən də sel yuyub aparır. 

Kənd təsərrüfatında iqlim dəyişikliyi ilə necə mübarizə aparılmalı?

İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri barədə iqtisadçı Rauf Qarayev Bizim.Media-ya danışıb. O, iqlim dəyişiklikləri ilə mübarizənin bir neçə həll yollarını sadalayıb. 

“Qafqazda susuzluqdan ən çox əziyyət çəkən bizim ölkədir. Ona görə də, yeraltı yağış sularından maksimum yararlanmaq lazımdır. Bunun üçün də mütləq süni gölməçələr yaradılmalıdır. Orada toplanan suları kənd təsərrüfatında istifadə etmək olar. Müasir texnologiyadan istifadə də vacibdir. Dronlar vasitəsilə əkin sahələrinə nəzarət, dron vasitəsilə əkin sahələrinin suvarılması, damcı üsulu ilə suvarması müsbət təsirlər göstərə bilər. İqlim dəyişikliyi onu göstərir ki, müasir texnologiyaya daha çox vəsait xərclənməlidir”. 

Bölgəyə uyğun bitkilərin yetişdirilməsi

Ekspert deyir ki, beynəlxalq təcrübədə iqlim dəyişikliyi ilə effektiv mübarizə üçün kənd təsərrüfatında seleksiya işçilərindən və başqa əkin metodlarından istifadə olunur. 

“Dünyada seleksiya işçiləri var. Alimlər həmin regiona uyğun laboratoriya üsulları ilə dözümlülük bitkilərinin yetişdirilməsi ilə məşğuldurlar. Burada məqsəd odur ki, həmin bitkilər müəyyən iqlim dəyişikliklərini nəzərə alaraq orada yetişə bilsin. Bu baxımdan da hər bir regiona uyğun olaraq iqlim dəyişikliyinə əsasən bitkilər əkilməlidir. Bundan başqa, örtük bitkilərinin əkilməsinə də ehtiyac çoxdur. Onlar torpaq eroziyasının qarşısını almaq və su axınına nəzarət etməyə kömək edir. Həm də bu bitkiləri yem vasitəsi kimi heyvandarlıqda da istifadə etmək mümkündür”. 

Meyvə və tərəvəz qiymətlərinin bahalığı

Son dönəmlər meyvə və tərəvəzlərin qiymətinin baha olmasını iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Rauf Qarayev deyir ki, bahalaşmada başqa amillər də rol oynayır. 

“Birbaşa olaraq kəndli ilə alıcı arasında əlaqə yoxdur. Əlaqə olmadığına görə, burada vasitəçilər öz rolunu oynayır. Biz görürük ki, Qubada 25 qəpiyə satılan pomidorun qiyməti Bakıda 2 manat, 2.50 qəpik olur. Problem vasitəçilərin çox olmasıdır. Hərəsi maya dəyərinin üzərinə 50 qəpik qoyur deyə axırda bu cür baha olur. Bu məsələnin həlli üçün bir sıra tədbirlər görülür.

Məsələn, Kənd Təsərrüfatı Nazirliyi yarmarkalar təşkil edir, kəndliyə şərait yaradır ki, öz məhsulunu özü satsın. Amma biz o yarmarkalarda da görürük ki, vasitəçilər gəlib kəndlinin adından o məhsulları satır”. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

End of content

No more pages to load

RADİO