Kürdəmirdə səhər saatlarından yağmağa başlayan leysan yağışları ictimai həyatı iflic edib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, leysan suları nəticəsində rayonun bəzi küçə və prospektlərində hərəkət tamamilə dayanıb.
Mövcud vəziyyət rayonun Bakı prospekti, Şəhriyar, Xanlar, Həsrət Hüseynov, eləcə də Məhəmməd Hadi küçəsində daha da acınacaqlıdır. Belə ki, adı çəkilən küçələrdə gediş-gəliş tamamilə bağlanıb və sakinlər evlərindən çölə çıxmağa çətinlik çəkirlər.
Qeyd edək ki, Kürdəmirdə son 3-4 ay ərzində bu vəziyyət bir neçə dəfədir ki, təkrarlanır və bununla bağlı aidiyyatı qurumlar tərəfindən heç bir əməli işlər həyata keçirilməyib.



Bizim.Media, Aran bürosu