Qarabağda vuruşan “Krım könüllüləri"nin rəhbərinə cinayət işi açıldı

“Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycana qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bildirlib ki, “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girib.

Həmçinin  Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Rusiya Federasiyasının aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.

Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

End of content

No more pages to load

RADİO