“Saxta formalarla mübarizə üçün başqa əlac yoxdur” – BTE-dən ucuzlaşma ilə bağlı AÇIQLAMA

Məktəbli formalarının qiyməti ötən illə müqayisədə 5 manat ucuzlaşıb. 

Bunu Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov Bizim.Media-ya açıqlamasında bildirib. Onun sözlərinə görə bu il şalvar və ətəklərin qiyməti ucuzlaşaraq 25 manatdan 20 manata düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbli formalarının satış ünvanları AÇIQLANDI


Geyimlərin ucuzlaşmasının səbəbi nədir?

Etibar Əzimov qeyd edib ki, endirimlərin saxta formaların qiymətinin daha aşağı və satışının çox olmasıdır:

“Maddi imkanı olmayan vətəndaşlar qənaət etmək üçün  bu formaları almağa  daha çox üstünlük verirlər. Biz isə bununla ayaqlaşa bilmirik.  Düzdür, o saxta formaları da çox işlədə bilmirlər, bizim satış mərkəzimizdən alınan formalara isə 1 il zəmanət verilir. Biz bu endirimləri daxili imkanlarımız hesabına edirik. 

Çünki bildiyiniz kimi, Nazirlər Kabinetinin təsdiqiylə şalvar və ətəklər 60% yun, polo köynəklər isə 95-100 % pambıq materialdadır. Yəni, material təbii olduqda qiyməti baha olur. Bütün dünyada yun parçanın qiyməti 10 dollar, yəni, 17 manatdır. Buna formanın digər hissələri də əlavə olunur və biz bunu 20 manata satırıq. Əlbəttə ki, gəlirimiz həddindən artıq az olur, ancaq bu, valideynlərə köməkdir”. 

Bəs bu zaman Bakı Tikiş Evi ziyana düşmür? 

“Biz təkcə məktəbli formaları istehsal etmirik, istehsal etdiyimiz başqa geyimlər də var. Gəlirimiz az olsa da, saxta formalarla mübarizə üçün başqa əlac yoxdur”. 

Etibar Əzimov əlavə edib ki, bu il ümumi olaraq 100 mindən çox forma tikilib və əgər ehtiyac olarsa, əlavə də istehsal edilə bilər.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmlak sahiblərinin 90 faizi bundan yayınır... – İldə cəmi 50 manat ödəmək kifayətdir

Əmlak sahiblərinin 90 faizi bundan yayınır... – İldə cəmi 50 manat ödəmək kifayətdir

Qərbdən İrəvana seçki mükafatı? – Beynəlxalq Valyuta Fondundan Ermənistana yeni tranş

Qərbdən İrəvana seçki mükafatı? – Beynəlxalq Valyuta Fondundan Ermənistana yeni tranş

43 min rusiyalıya Şengen vizası verilmədi – Rəsmi rəqəmlər açıqlandı

43 min rusiyalıya Şengen vizası verilmədi – Rəsmi rəqəmlər açıqlandı

Nikahda çəkilən görüntü hamını ŞOKA SALDI – Öz qayınanası imiş – FOTOLAR

Nikahda çəkilən görüntü hamını ŞOKA SALDI – Öz qayınanası imiş – FOTOLAR

Dağların ortasında yeni şəhər salınır

Dağların ortasında yeni şəhər salınır

Keçmiş MTN zabiti dünyasını dəyişdi - FOTO

Keçmiş MTN zabiti dünyasını dəyişdi - FOTO

Bu il 8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edildi

Bu il 8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edildi

Bir əsrdən çoxdur dünyanı ələ alıb – Ənənələrə meydan oxuyan cərəyan

Bir əsrdən çoxdur dünyanı ələ alıb – Ənənələrə meydan oxuyan cərəyan

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Ceyhun Hüseynovun xatirəsi doğma kəndində yad edildi – VİDEOREPORTAJ

Ceyhun Hüseynovun xatirəsi doğma kəndində yad edildi – VİDEOREPORTAJ

"Qərarları mən verirəm" – Trampdan Netanyahuya Livan və İran xəbərdarlığı

"Qərarları mən verirəm" – Trampdan Netanyahuya Livan və İran xəbərdarlığı

“Qarabağ” 21 yaşlı braziliyalı hücumçu alır

“Qarabağ” 21 yaşlı braziliyalı hücumçu alır

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi

Ukraynadan Rusiyanın dərinliklərinə kütləvi zərbə: Moskvaya uçan 43 PUA məhv edildi – VİDEO

Ukraynadan Rusiyanın dərinliklərinə kütləvi zərbə: Moskvaya uçan 43 PUA məhv edildi – VİDEO

Qatarla Tbilisiyə getmək istəyənlərə ŞAD XƏBƏR

Qatarla Tbilisiyə getmək istəyənlərə ŞAD XƏBƏR

Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı

Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı

Ukrayna Sevastopolun əsas tarixi simvollarından birini məhv etdi – FOTO

Ukrayna Sevastopolun əsas tarixi simvollarından birini məhv etdi – FOTO

Satılan mənzilləri bu hallarda geri almaq mümkündür – Ali Məhkəmədən QƏRAR

Satılan mənzilləri bu hallarda geri almaq mümkündür – Ali Məhkəmədən QƏRAR

Tikintisi 144 il çəkdi - Dünyanın ən hündür kilsəsi oldu

Tikintisi 144 il çəkdi - Dünyanın ən hündür kilsəsi oldu

Rusiya hərbi sənayesinə strateji zərbə: Silah zavodu darmadağın edildi – VİDEO

Rusiya hərbi sənayesinə strateji zərbə: Silah zavodu darmadağın edildi – VİDEO

Moskvada mühüm görüş: Rəhman Mustafayev Lavrovun müavini ilə nəyi müzakirə etdi?

Moskvada mühüm görüş: Rəhman Mustafayev Lavrovun müavini ilə nəyi müzakirə etdi?

Avropa Komissiyası Rusiyanın dini liderini hədəf aldı

Avropa Komissiyası Rusiyanın dini liderini hədəf aldı

Tramp: "İranı bərpa edərik, sonra isə neftlərinin yarısını ələ keçirərik"

Tramp: "İranı bərpa edərik, sonra isə neftlərinin yarısını ələ keçirərik"

Sürücülərin nəzərinə! Bakının mərkəzində yol çökdü – FOTO

Sürücülərin nəzərinə! Bakının mərkəzində yol çökdü – FOTO

End of content

No more pages to load

RADİO