Satılan mənzilləri bu hallarda geri almaq mümkündür – Ali Məhkəmədən QƏRAR

Ali Məhkəmə tərəfindən daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərardad qəbul edilib.

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, son illər məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri daşınmaz əşyanın saxta sənədlər, etibarnamələr əsasında və ya digər hüquqazidd yollarla əsl mülkiyyətçinin əlindən çıxaraq sonradan bir və ya bir neçə şəxsə satılması ilə bağlıdır. Bir müddət sonra həqiqi mülkiyyətçi hüququnun pozulduğunu aşkar edərək mənzilin geri qaytarılmasını tələb edir.

Bu zaman məhkəmə qarşısında iki mənafe dayanır:

- Əmlakından iradəsi xaricində məhrum olmuş əsl mülkiyyətçinin mənafeyi;

- Əmlakı əldə edərkən dövlət reyestrinin məlumatlarına etimad etmiş vicdanlı üçüncü şəxslərin mənafeyi.

Hər iki tərəf müəyyən mənada hüquqi müdafiəyə layiq görünür. Belə ki, mülkiyyətçi heç bir günahı olmadan əmlakını itirib, üçüncü şəxs isə əşyanı ona özgəninkiləşdirən şəxsin dövlət reyestrində mülkiyyətçi kimi qeydiyyatda olduğunu görüb, notarial qaydada müqavilə bağlayıb və əşyanın dəyərini ödəyib. Belə vəziyyətdə hansı tərəfin hüququnun üstün tutulacağı hüququn ən mürəkkəb məsələlərindən biridir.

Qərardadda vurğulanır ki, əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, hüququn qazanılmasına dair hansısa maneənin varlığının obyektiv olaraq fərqində olmamaq başa düşülür.
 

Sadə dillə desək, üçüncü şəxs daşınmaz əşyanı əldə edərkən bütün zəruri diqqəti göstərib, lakin buna baxmayaraq satıcının əslində əşyaya sərəncam vermək səlahiyyətinin olmadığını bilməyibsə, o, vicdanlı əldə edən hesab edilə bilər.


Mülki dövriyyənin sabitliyi, başqa sözlə daşınmaz əmlak bazarının işləməsi üçün şəxslər dövlət reyestrindəki məlumatlara etibar edə bilməlidirlər. Əgər alıcılar reyestrdə göstərilən məlumatların düzgünlüyünə güvənə bilməsəydi, hər bir alqı-satqı əməliyyatı ciddi hüquqi risk daşıyardı. Bu isə daşınmaz əmlak bazarında qeyri-müəyyənlik yaradar, investisiyaları azaldar və mülki dövriyyəni çətinləşdirərdi.

Məhz buna görə qanunvericilik bir qayda olaraq reyestrdəki qeydə etibar edən şəxslərin hüquqlarını qoruyur. Lakin bu qoruma mütləq xarakter daşımır, qanunla nəzərədə tutulmuş hallarda vicdanlılığın qorunması istisna olunur.

Qərardadın əsas mesajlarından biri də budur ki, qanun formal olaraq vicdanlı əldə edən görüntüsü yaradan şəxsi deyil, həqiqətən vicdanlı olan şəxsi qoruyur. Başqa sözlə, vicdanlı əldəetmə institutu hüquqazidd hərəkətləri qanuniləşdirmək vasitəsi deyil. Bu institut yalnız dürüst şəkildə mülki dövriyyədə iştirak edən şəxslərin müdafiəsinə xidmət edir.
 

Ali Məhkəmə göstərir ki, bunun müəyyənləşdirilməsi üçün hər bir iş üzrə məhkəmələr tərəfindən qərardadda göstərilən mərhələlər üzrə araşdırma aparmalıdır. Yalnız bu suallar cavablandırıldıqdan sonra mübahisənin hansı tərəfin xeyrinə həll edilməli olduğu müəyyən edilə bilər.


Qərardadın əsas məqsədi əsl mülkiyyətçi ilə əşyanı sonradan əldə edən üçüncü şəxs arasında seçim etmək olmayıb, məhkəmələrin eyni kateqoriyadan olan işlərə fərqli yanaşmasının qarşısını almaq və hüquqi müəyyənliyi təmin etməkdən ibarətdir. Qərardad daşınmaz əmlak mübahisələrinin həllində yeni və daha aydın hüquqi çərçivə formalaşdırır.

Bu sənəd ilk dəfə olaraq vicdanlı əldəetmə institutunun tətbiqinin sərhədlərini, vicdanlılığın müəyyən edilmə meyarlarını, sübutetmə qaydalarını, vicdanlılığı istisna edən halları və daşınmaz əşyalara dair hüquqların əldə edilməsində qeydiyyat orqanının və notariat sisteminin rolunu və məsuliyyətini sistemli şəkildə izah edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

End of content

No more pages to load

RADİO