Bakının mərkəzində sürücülərin hərəkətində ciddi çətinlik yaranıb. Belə ki, paytaxtın Nəsimi rayonu, Puşkin küçəsində (Səməd Vurğunun heykəli ilə üzbəüz, Dilarə Əliyeva küçəsi ilə kəsişmənin yaxınlığında) asfaltdakı çökmə səbəbindən yolda nəhəng çala əmələ gəlib.
Bizim.Media xəbər verir ki, yaranan dərin çala həm avtomobillərin sərbəst hərəkəti, həm də piyadaların təhlükəsizliyi üçün real təhdid formalaşdırıb.
Artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları operativ şəkildə qəza zonasına cəlb olunublar. Çökmə baş verən ərazi dərhal xüsusi qoruyucu çəpərlərlə və xəbərdarlıq nişanları ilə əhatəyə alınıb.
Hazırda yolun həmin hissəsində bərpa və əsaslı təmir-bərpa işlərinə başlanılıb. Sürücülərdən ərazidə sıxlıq yaratmamaq üçün alternativ yollardan istifadə etmələri xahiş olunur. (Caliber.az)


Bizim.Media