DTX və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Bizim.Media xəbər verir ki, görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 qr çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan Respublikasının vətəndaşları - 1982-ci il təvəllüdlü Qasımov Vəli Mahir oğlu, 1988-ci il təvəllüdlü İsgəndərov İsgəndər Cəfər oğlu, 1993-cü il təvəllüdlü Süleymanzadə Aqşin Yusifəli oğlu və vətəndaşlığı olmayan 1982-ci il təvəllüdlü Daşdəmirov Çingiz Fakralı oğlu cinayət başında yaxalanıblar.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılmış və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərə qəbul ELAN EDİLDİ

İsraildən Ərdoğanın “İsrail Türkiyə üçün təhdiddir” ittihamlarına SƏRT REAKSİYA

“Şəfa” daha 3 futbolçunu göndərdi

“Şəfa” daha 3 futbolçunu göndərdi

Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Yasamal rayonunda obyektdə yanğın başlayıb - VİDEO

Prezidentin köməkçisi: "Regionda sülhün bərqərar olması xarici siyasətimizdə yeni imkanlar yaradıb"

Müctəba Xamenei barədə gözlənilməz detal: TOEFL sertifikatı var - VİDEO

Nazir: Cəmiyyət uşaqların üstünə təhsillə bağlı yük qoyur

Əməkdar artist: "Bizdə qadınların işləmə söhbəti olmayıb, "köhnə adamlarıq"”

Bakıda Özbəkistan və Qazaxıstan qarşılaşması heç-heçə bitdi - FOTO

Bakıda FACİƏ: 9-cu mərtəbədən yıxılan vəkilin oğlu imiş

Məktəblərdə hüquq dərsi keçiləcək? – Nazirdən AÇIQLAMA

End of content

No more pages to load

RADİO