Gəncədə avtomobil yolda qazılmış xəndəyə DÜŞÜB - FOTO/VİDEO

Gəncədə gecə saatlarında avtomobil yolda qazıntı işləri zamanı qazılan xəndəyə düşüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Nadir Hüseynov idarəetməni itirərək su borusunun təmiri məqsədilə qazılan xəndəyin içərisinə düşüb. 

Qəza nəticəsində maşın ciddi zədələnsə də xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Avtomobilin sürücüsünün sözlərinə görə, yolda xəndəyin qazılması ilə bağlı heç bir xəbərdaredici nişan olmayıb:

“Mən qanuni sürətimlə gəlirdim. Heç bir xəbərverici nişan qoymayıblar ki, sürücü heç olmasa, 15-20 metrdən qabaq xəbərdar olsun. Bir dənə qırmızı rəngli, yol kəsmək üçün nəzərdə tutulan bir kapron qoyublar, onu da düz xəndəyin qarşısında. Mən artıq ona çatanda gec idi. Aşdım xəndəyin içinə. Avtomobilim tamam yararsız hala düşüb”. 

Sürücü qeyd edib ki, bu, bir həftə ərzində artıq 3-cü hadisədir:

“Niyə aidiyyəti qurumlar bir ölçü götürmür bu məsələ ilə bağlı? Gərək elə kimsə düşə maşınla xəndəyə, ondan sonra gəlib düzəldələr. Yeri qazırlar həftələrlə elə qoyub gedirlər”. 

Nadir Hüseynov bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək:

“Mənim avtomobilimə dəyən ziyanı ödəsinlər”.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərə qəbul ELAN EDİLDİ

İsraildən Ərdoğanın “İsrail Türkiyə üçün təhdiddir” ittihamlarına SƏRT REAKSİYA

“Şəfa” daha 3 futbolçunu göndərdi

“Şəfa” daha 3 futbolçunu göndərdi

Macarıstan Ukraynaya silah verməkdən İMTİNA ETDİ

Piyadalara bu lazım deyil! - Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Yasamal rayonunda obyektdə yanğın başlayıb - VİDEO

Prezidentin köməkçisi: "Regionda sülhün bərqərar olması xarici siyasətimizdə yeni imkanlar yaradıb"

Müctəba Xamenei barədə gözlənilməz detal: TOEFL sertifikatı var - VİDEO

Nazir: Cəmiyyət uşaqların üstünə təhsillə bağlı yük qoyur

Əməkdar artist: "Bizdə qadınların işləmə söhbəti olmayıb, "köhnə adamlarıq"”

Bakıda Özbəkistan və Qazaxıstan qarşılaşması heç-heçə bitdi - FOTO

Bakıda FACİƏ: 9-cu mərtəbədən yıxılan vəkilin oğlu imiş

Məktəblərdə hüquq dərsi keçiləcək? – Nazirdən AÇIQLAMA

“İlham Əliyevin liderliyini təqdir edirəm” – Prezidentə MƏKTUB

End of content

No more pages to load

RADİO