Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminin videosu Olimpiya Oyunlarının rəsmi YouTube hesabından silinib.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Üstəlik, şou indi Paris 2024 oyunlarının YouTube kanalında da yoxdur.
Bununla belə, London 2012, Rio 2016, Pekin 2022 və hətta Naqano 1998 mərasimlərinin tammetrajlı versiyaları hələ də mövcuddur.
Nə Olimpiya Oyunları, nə də Paris Oyunları bu addımın səbəbini açıqlamayıb.
Bizim.Media